Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 24 ları bəzən eyniləşdirilir. Hətta az qala hamının qəbul etdiyi
belə bir tezis mövcuddur: etika-əxlaqın bir hissəsidir. Bu
tezisin formalaşmasının əsasında əxlaqın azad seçimdən
başladığı, yəni şəxsiyyətin azadlığı prinsipi dayanır, lakin
həmin prinsipi qeyd-şərtsiz qəbul etmək mümkün deyildir.
Belə ki, etika əxlaqın hər cür təzahürü ilə eyniləşdirilə bil-
məz. Azərbaycan filosofu İ.Məmmədzadənin qeyd etdiyi
kimi, etika, əxlaqi sistemin elə bir hissəsi hesab olunur ki,
istənilən əxlaqa kənardan nəzər salmaq qabiliyyətinə ma-
likdir, yəni özünü təkcə əxlaq kimi deyil, həm də qeyri-əx-
laq kimi, yaxud heç də hamının qəbul etmədiyi əxlaq kimi
identifikasiya edir (213: 11).
Davranışların etik-gender tədqiqatı baxımından işıq-
landırılması bir sıra adət və ənənələrə yeni baxış bucağı
altında yanaşmağı tələb edir. Məsələn, adi şüur çərçivəsi
daxilində Azərbaycan mühitinə ötəri nəzər salınması ma-
raqlı nəticələr üzə çıxarır. Adətən, Azərbaycan həyatını tə-
dqiq edənlər onu müsəlman dünyasının tərkib hissəsi kimi
qəbul edirlər. Zahirən burada təəccüblü heç nə yoxdur, la-
kin əsil mahiyyətdə buradakı əhali yerli adətlərlə yaşayırlar;
hərçənd ki, burada mövcud adətləri qəbul etməyən fərd və
qruplar da mövcuddur. İ.Məmmədzadənin qeyd etdiyi kimi,
müasir Azərbaycan bazar iqtisadiyyatı yolunu seçmişdir və
bu müstəvidə “vəhşi kapitalizmin” müxtəlif sosial, siyasi
və iqtisadi xüsusiyyətlərinin invariantı işləməkdədir (213:
12). Məhz belə bir şəraitdə “vəhşi kapitalizmin” özü ilə gə-
tirdiyi əxlaq, mənəviyyata təsirsiz ötüşmür. Yeni normalar
əxlaqi sistemə, habelə, sözün geniş mənasında cəmiyyətin
bütün həyatına öz şərtlərini diktə edir.
Davranışların təhlilində etik və gender tədqiqatlarının
qarşılıqlı münasibətləri probleminin nəzərdən keçirilməsi