Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə24/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   20   21   22   23   24   25   26   27   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
28
mədəniyyətlərdə, iş, ixtisas növü yerinə yetirilən işin xa-
rakteri elə bir lazımı əsas və zərurət olmadan kişi və qadın 
ixtisasına bölünmüşdür... Ailədə qohumların rolu onların 
adının da göstərdiyi kimi (ana, ata, qız, bacı, qardaş, xala, 
əmi) gender mənsubiyyətinə görə təyin olunur; bu, uzaq qo-
humların roluna aid olmaya bilər. Bu da gender mənsubiy-
yəti institutun strukturuna daxil edilmişdir və xüsusən də ev 
əməyinin bölüşdürülməsində praktik rol oynayır. Qadınla-
rın və kişilərin istehsalatda və evdə ən müxtəlif iş növü ilə 
məşğul olmasını araşdıran müəllif C.Lorber pullu işin və ev 
əməyinin bölüşdürülməsinin gender mənsubiyyətindən bir 
çox prosesləri asılı etdiyini nəzərdən keçirərək qeyd edir ki, 
gender mənsubluğu yalnız mürəkkəb təşkilli cəmiyyətlərə 
xas olan stratifikasiya sistemlərində mühüm rol oynamır; 
ictimai nemətlərin qeyri-bərabər bölündüyü, qadına daha 
az mülkiyyət payı, hakimiyyət və nüfuz verildiyi yerdə 
bu tamamilə adi bir şeydir. Mövcud dəyərlər ehtiyatının 
ölçüsündən asılı olmayaraq, sinfi çərçivədə irqi yaxud et-
nik qrupun daxilində onları kişilər bölüşdürür (əlbəttə bö-
lüşdürməli bir şey varsa). Gender bərabərliyinin səviyyəsi 
ehtiyatların kasıb olduğu və müntəzəm mülkiyyətin yaxud 
imtiyazların olmadığı (məsələn, yığıcılıqla və ovla məşğul 
olan cəmiyyətlərdə və gettolarda) şəraitdə daha yüksək olur, 
lakin daha aşağı səviyyəli şəraitdə, quldarlıqda, konsentra-
siya düşərgələrində də qadınlar kişilərlə müqayisədə daha 
çox əziyyət çəkir, çünki hakim kişilər tərəfindən zorakılığa 
və seksual istismara məruz qalırlar. 
Vaxtilə Hegel yazırdı ki, subyektin bir sıra davranış və 
əməlləri elə onun özüdür. Həqiqətən insanın şəxsi həyatı, 
tərcümeyi-halı onun əməllərində əks olunur. Lakin qadın-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin