Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə18/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   14   15   16   17   18   19   20   21   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
21
tarı geymiş kişinin davranış qaydalarında hansı əlamətlərin 
üstünlük təşkil etdiyi bəzən birmənalı qarşılanmır. Və əksər 
hallarda, geyim əlamətlərinin, kişi və qadınları gender və 
etik nöqteyi-nəzərdən qeyri-adi disharmoniyaya düçar et-
mədiyinin şahidi olduq; yəni zahiri cəhətlər onların davra-
nışına kəskin təsir göstərmir.
İkinci prinsip transseksuallıq adlanır. Bu kateqoriyaya 
daxil olan insanlar transvestit prinsipə aid edilən şəxslər-
dən xeyli fərqlənir. Belə ki, erkək ola-ola qadına və ya dişi 
ola-ola kişiyə çevrilən (cinsi cəhətdən) transseksualın dav-
ranışlarında konkret fərqlərin olduğu inkaredilməzdir. 
Qadın və kişi arasında fərqlərin mövcudluğuna olan 
münasibət, istər-istəməz əməyin cinsi əlamətlərinə görə 
bölünməsinə səbəb olur. Elə bunun nəticəsidir ki, ev-ailə 
təsərrüfatının, mülkiyyətin qadın və kişi arasında bölgüsün-
də cinsi əlamətlərin əsas şərtlərdən biri kimi götürülmə si 
az qala ənənəvi hal almışdır. Ailə ocağından tutmuş, cəmiy-
yətin iyerarxiya pillələrinin yuxarı mərhələsinə kimi – bütün 
məqamlarda qadın və kişi münasibətləri birtərəfli qiymət-
ləndirilir. Əksər hallarda, ailə və cəmiyyətdə liderlik ki-
şilərə etibar edilir. Ən maraqlısı isə budur ki, kişilərin lider 
kimi irəli sürülməsi heç də bütün hallarda kişilərin özlərinin 
təşəbbüsü ilə həyata keçirilmir; kişiləri daha çox dəstək-
ləyən, onların liderliyini müdafiə edən elə qadınlar özləri 
olur. 
Gender münasibətlərinin və gender tədqiqatlarının əsa-
sında dominant baxışların dayandığı məlumdur. Bəziləri 
feminizmə yalnız qadın hərəkatının tərkib hissəsi kimi ba-
xır ki, bu kökündən yanlış təsəvvürdür. Artıq qeyd olun-
duğu kimi, qadın və kişi arasında əsasən anatomik baxım-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin