Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 22 dan fərqlər mövcuddur. Cins bioloji prinsiplərə əsaslandığı
üçün insanlar müvafiq olaraq “kişi” və “qadın” kateqoriya-
larına bölünmüşlər. Gender isə daha çox sosial və psixoloji
atributlara bölünür.
Antropoloqlar (məsələn, Marqaret Mid), həmçinin bir
çox psixoloq və sosioloqlar qeyd edirlər ki, gender bioloji
olaraq yox, sosial olaraq və mədəniyyət vasitəsilə müəyyən
edilir, özü də mədəniyyət və tarixə görə nisbidir. Tarixi dəyiş-
mələr obyekti olaraq onun əhəmiyyəti, şərhi və ifadəsi həm
mədəniyyətin daxilində, həm də mədəniyyət arasında dəyişir.
Sosial amillər – sinif, yaş, irq və etnos da genderin xüsusi
əhəmiyyətini, ifadə və təcrübəsini yaradır və o fakt xüsusi
qeyd olunur ki, hansısa bir bəsitləşdirilmiş üsulla onu cins və
ya seksuallıqla bərabərləşdirmək olmaz (167: 109-110).
Onu da demək lazımdır ki, XX əsrin sonunda fəlsəfi və
ümumhumanitar fikir, cinslərarası əlaqəyə və qadın məsələ-
si deyilən problemə yeni baxış tətbiq etdi. Artıq cinsin sosi-
allaşması mexanizmləri hakimiyyət diskursu mexanizmləri
olaraq tam aydınlığı ilə üzə çıxarılmaqdadır. Sosiumun ən
aktual problemləri – hakimiyyət, zorakılıq, özünü anlama
və şəxsiyyət azadlığı postsənayeləşmiş cəmiyyətdə fərdin
cinsi eyniləşmə və müvafiq sosial rollar problemi kimi qar-
şıya qoyulur. İnsan mahiyyəti problemi, insan mövcudluğu-
nun məna və gərəkliliyi, məkan və zaman kimi əsas fəlsəfi
məsələlər gender ölçüsünə çevrilməkdə, həmin müddəanın
dərki isə bütün dünyada geniş yayılan gender tədqiqatların-
da öz əksini tapmaqdadır ( 239: 180-183).
Bu günkü elmi ədəbiyyatda gender tədqiqatları öz miq-
yasına və mahiyyətinə görə xeyli irəli çıxsa da, feminizmin
öz aktuallığını itirdiyindən söz açmaq hələ tezdir.