Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
35
Ümumiyyətlə, hər bir şəxsiyyətin formalaşması bilava-
sitə onun ilkin tərbiyəsi ilə bağlıdır. Müşahidələr göstərir
ki, yüksək ailə tərbiyəsi olan şəxs böyüyən zaman öz dav-
ranışı və fəaliyyəti ilə seçilir. Yeniyetmələrin gələcək hə-
yat yolunun müəyyənləşdirilməsində ailə tərbiyəsinin rolu
mühümdür. Valideyn qayğısı, diqqət və eləcə də tələbkarlıq
burada əsas amillər hesab olunur.
Həmin amilləri vaxtilə
Hegel “mənəviyyatın ana südü” adlandırırdı. Lakin hər şey-
dən əvvəl övlad tərbiyə edən valideynin özü yüksək əxlaqa
və tərbiyəyə malik olmalıdır. A.S.Makarenko valideynlərə
xitabən yazırdı: “Siz öz uşağınızı tərbiyə etməzdən əvvəl,
özünüzün davranışınızı yoxlayın” (203: 327).
Böyük rus
yazıçısı L.N.Tolstoyun fikirləri də deyilənlərlə səsləşir:
“Hər bir insana hörmət bəslə, amma uşağa yüz dəfə artıq
hörmət et və çalış ki, onun ürəyinin bakirəliyinə xələl gəl-
məsin” (252: 460).
Ailə üzvlərinin bir-biriləri
ilə münasibətində iqtisadi
amillər də təsirsiz ötüşmür. Azərbaycanda adambaşına is-
tehlak olunan aylıq ərzaq malları üçün 102263 manat, təhsil
üçün 2098 manat, sağlamlıq üçün 7283 manat, istirahət və
mədəniyyət üçün 6617 manat, rabitə vasitələri üçün 2509
manat xərclənir (24: 123-135). İqtisadi vəziyyətin aşağı sə-
viyyədə olması bir çox hallarda ailələrdə narazılığın yaran-
masına, dava-dalaşa, stressə, hətta boşanmalara səbəb olur.
Ən acınacaqlı hallardan biri də budur ki, münaqişə zəmi-
nində dağılan ailələrin kişi cinsinə mənsub olan nümayən-
dələri çox vaxt xarici ölkələrə üz tutur, bir qisim qadınlar
isə çətinliklərə tab gətirməyərək yüngül həyat tərzini seçir,
pozğunluq, fahişəlik edirlər. Ailələrin dağılmasının nəti-
cələri ağır olur. Bu zaman qadınlar və uşaqlar daha müdhiş
səfalətlərlə üzləşirlər.