Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə28/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   24   25   26   27   28   29   30   31   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
33
Qadının sosiomədəni mühitdəki fəaliyyəti və statusu bir 
çox hallarda bu gün kişiləri qane etmir və qadınların hüququ 
pozulur. Cəmiyyətdə zorakılığa məruz qalan qadınların mü-
dafiəsiz qaldığı vaxtlar da az olmur. Yeri gəlmişkən xatır-
ladaq ki, qadınların incidilməsi, alçaldılıb təhqir edilməsi 
dünyanın əksər ölkələrində təsadüf edilən kriminal səciyyəli 
məqamlardır. Bəzi dövlətlərin müvafiq strukturları mövcud 
problemlə bağlı tədbirlər planı həyata keçirsə də, diskrimi-
nasiya hallarına göz yuman ölkələr də vardır. BMT-nin 20 
dekabr 1993-cü il tarixli “Qadına qarşı zorakılığın aradan 
qaldırılması haqqında” Deklarasiyanın 4-cü maddəsində 
göstərilir ki, dövlət təxirəsalınmadan mümkün olan bütün 
siyasi vasitələrlə qadınlara münasibətdə hər cür zorakılığın 
aradan qaldırılması üçün çıxış etməlidir (41: 138).
Zorakılığın aradan qaldırılması probleminə toxunarkən 
qeyd etməliyik ki, bütün hərəkətlərin insani-etik həllinin 
əsasında kompromislər dayanır. Bir sıra hallarda kompro-
misli əxlaqi seçmənin “məcburi vasitələr” deyilən vasitələrə 
istinad etməsi də təqdir olunur ki, bu da düzgün metod de-
yildir. Motivin və hərəkətin mahiyyəti ona əsaslanır ki, əx-
laqın əsas məqsədi olan davranışın tənzimi korkoranəliyi 
qəti şəkildə təkzib edir, xeyrə könüllü xidmət göstərir. Əs-
lində, fərd və cəmiyyət qarşısında özünü borclu hesab et-
mək, xeyirxah əməllərə can atmaq – davranışın birmənalı 
xarakteristikası hesab oluna bilər. Adətən, elmi ədəbiyyat-
larda motivi əməlin əsası, niyyəti isə əxlaqi qərarın yekun 
xarakteristikası kimi qiymətləndirirlər, çünki əxlaqi motiv 
xaricində əməl yoxdur. Yeri gəlmişkən demək lazımdır ki, 
davranışın yalnız motivlərə görə qiymətləndirilməsi fikri 
də məhdud səciyyə daşıyır. Məsələ burasındadır ki, bəzən 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin