Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 37 diyi kimi, “qadın kişi üçün hər zaman övlad yaradıcısıdır”.
Bu amil də qadının əks cinsə qarşı xüsusi təzyiq, bəzi imti-
yaz vasitələrindən istifadəsinə şərait yaradırdı. Belə ailədə
qadın subyektiv faktor kimi kişini obyektə çevirirdi. Həm
Şərq, həm də Qərb tarixində kişi ilə övladlar üzərində ha-
kim mövqedə duran qadınlar bəzən ailə çərçivəsindən çıxa-
raq hökmdar - ana səviyyəsinədək yüksəlmişlər” (120: 29).
Bir çox ailələrdə belə bir tendensiya, yəni qadınların müəy-
yən üstünlüyə məxsus olması yenə də mövcuddur. Bu isə
müəyyən mənada “qanunauyğun” səciyyə daşıyır. Belə ki,
ailənin əsas “sükanı” qadının əlində olduğu üçün, uşaqların
tərbiyəsi ilə bilavasitə o məşğul olduğu üçün mikromühitdə
müəyyən disbalans yananır. Sosioloji tədqiqat və müşahi-
dələr göstərir ki, ailə münaqişələrinin yaranmasının mühüm
səbəblərindən biri də ailə daxilində “təsir dairəsi”, əslində
isə nüfuz dairəsi uğrunda əvvəlcə üstüörtülü, sonralar isə
açıq şəkildə gedən “mübarizədir”. Bu “mübarizə” sonra
tədricən açıq müstəviyə keçir. Nəticədə, ailə daxilində par-
çalanma baş verir, ata və ana arasında nüfuz bölgüsü uğrun-
da gedən mübahisə və mübarizə çox vaxt kədərli sonluqla
başa çatır, belə ki, ailə dağılır; bundan ən çox əziyyət çəkən
isə təbii ki, övladlar olur. Elə bu səbəbdən də ailəyə “ana
hegemonluğu” adətən “ata hegemonluğu” qədər təhlükəli
hesab edilir.
Hazırda sosiologiya elmi ailənin, bütövlükdə ailə ins-
titutunun radikal dəyişikliklərə məruz qaldığını göstərir.
Amerika sosioloqu P.Sorokin hələ 1961-ci ildə nəşr et-
dirdiyi “Müasir ailənin böhranı” adlı əsərində ailənin da-
ğılmasına gətirib çıxaran bir sıra mühüm faktorları ümu-
miləşdirib təqdim etmişdir; həmin faktorlardan biri də ailə