Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə39/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   35   36   37   38   39   40   41   42   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
46
və gender münasibətləri ilə bağlı ictimai şüurda əhəmiyyət-
li irəliləyişlərə təkan vermişdir (127: 178-179).
Uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olmuş 
politoloq, iqtisadçı D.Camalovanın qeyd etdiyi kimi, Azər-
baycan Respublikası prezidentinin xüsusən 6 mart 2000-ci 
il 289 saylı “Azərbaycan Respublikasında Dövlət Qadın Si-
yasətinin həyata keçirilməsi haqqında” Fərmanı qadınların 
hüquqlarının müdafiəsi, onların bilik və bacarıqlarından, 
potensialından səmərəli istifadə üçün qadınlara olan qayğı-
nın bariz nümunəsidir. 
Fərmandan dərhal sonra 25 aprel 2000-ci il tarixdə ra-
yon İcra Hakimiyyəti başçılarına, 26 sentyabr 2000-ci il 
tarixdə isə 176 saylı qərarla nazirlik və komitələrə tapşı-
rıqlar verilmişdir. Tapşırığın qayəsində qadınların rəhbər 
vəzifələrə irəli sürülməsi məsələsi dururdu.
Qadın Problemləri üzrə Dövlət Komitəsi, ölkə preziden-
tinin fərman və sərəncamlarının, xüsusilə Dövlət Qadın Si-
yasəti haqqında fərmanın yerlərdə icra vəziyyətini öyrənmiş, 
aşağıdakı nəticəyə gəlmişdir: 82 rayon üzrə alınan cavablar-
dan məlum olur ki, adı çəkilən fərmanın yerinə yetirilməsi 
üçün yerlərdə şəhər və rayon İcra hakimiyyətinin böyük ək-
səriyyəti zəiflik göstərir və ya ümumiyyətlə iş aparmırlar. 
Daxil olan məlumatdan aydın olur ki, 82 rayonda əha-
linin 4.024.362 nəfəri qadındır. Onlardan təqaüd alan qa-
dınların sayı 670.409 nəfər, əlil qadınların sayı – 104.864 
nəfər, işsiz qadınların sayı 977.047 nəfər, işsizlərdən rəsmi 
qeydiyyatda olanların sayı 282.102 nəfər, işləyən qadınla-
rın sayı 899.746 nəfərdir (43: 97).
Qadınların gündəlik həyatlarının ritmi ən çox onların 
davranışlarında əks olunur. Başqa sözlə, davranışlar həyat 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin