Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 55 bankda məhz qadınlar çalışmalıdır, amma postsovet məka-
nında bank xidməti sahəsində qadınlardan daha çox kişilə-
rin çalışdığı diqqəti cəlb edir. Bu cəhətdən qadınların siyasi
həyatdakı mövqeyi və fəaliyyəti də diqqəti cəlb edir. Belə
ki, cəmiyyətdə uzun illərdən bəri formalaşmış streotipləri
real zəmində baş verən proseslər alt-üst edə bilər. Adətən,
qadınların siyasi fəaliyyətini lazımi səviyyədə anlayıb qiy-
mətləndirə bilməyən sosial qruplar siyasətin “kişi işi” ol-
duğunu iddia edirlər. Halbuki tarixdən bizə məlumdur ki,
bir çox ölkələrin başında uzun müddət qadın hökmdarlar
dayanmışdır. Üstəlik onların bəzisi qəddarlıq, təmkin, cə-
sarət, risk və s. “kişilərə xas” cəhətlərə görə kişilərdən heç
də geri qalmamışlar.
Müasir dövrdə qadınların hakimiyyətdə olması, dövlət
idarəçiliyində fəallığı heç kəsdə təəccüb doğurmur. Hətta
bir çox region və ölkələrdə qadın “hökmranlığı” açıq-aşkar
görünür. Məsələn, Skandinaviya ölkələrində idarəetmənin
bir çox pillələrində qadınların kəmiyyəti üstünlük təşkil
edir. Ümumiyyətlə, qadın-kişi fəallığının artıb-azalması
müəyyən mənada qeyri-sabit səciyyə daşıyır: Dünən qa-
dınların fəallığının yüksək olduğu bir sahədə, bu gün kişi
dominantlığı nəzərə çarpa bilər. Bu cür halların yaranması-
nın isə çoxlu obyektiv və subyektiv, habelə sosial mahiyyət
kəsb edən cəhətləri vardır. Bu cəhətdən təhsil sistemində
son illərdə baş verən dəyişikliklər özlüyündə maraq doğu-
rur. Məsələn, R.İbrahimbəyovun qeyd etdiyi kimi, Azər-
baycanda 1995-ci ildən bəri ali məktəblərə qəbul olan ki-
şilərlə qadınların sayı arasında kişilərin xeyrinə olan fərq
sabitləşmişdir (1,1 dəfə). Nəzərə almaq lazımdır ki, sənəd
verən qızların sayı oğlanların sayını üstələyir.