Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə55/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   51   52   53   54   55   56   57   58   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
63
rin köləsi, ən yaxşı halda kölgəsi kimi qiymətləndirir. Heç 
bir dini təlimdə qadınların hüququ açıq şəkildə diskrimina-
siya olunmur, amma belə bir faktı inkar etmək olmaz ki, xü-
susən Şərq reallığında qadınların davranış və rəftarına uzun 
illər boyu məhdudiyyətlər qoyulmuş, cahillik və nadanlığa 
geniş meydan verilmişdir. Elə məhz buna görə də islam
habelə xristian və yəhudi dinlərindən irəli gələn müəyyən 
təlimlərə istinad edən şəxslər qadınların həyat tərzinə, dün-
yagörüşünə təsir göstərmək imkanları əldə etmişlər. Bu sə-
bəbdən də, bizim ölkəmizdə dini fikirlərin təbliği məqam-
larında müxtəlif interpretasiya və fərqli şərh motivlərinin 
mövcudluğu diqqəti çəkir. Məlumdur ki, Azərbaycan Qərb 
və Şərq sivilizasiyasının kəsişdiyi nöqtədə yerləşir. Ölkə-
nin, necə deyərlər, “mənəvi qapıları” hər iki qütbün üzünə 
açıq olduğu üçün burada zahirən bir-birinə zidd olan dəyər-
lərin çulğalaşdığı nəzərə çarpır. Ölkə əhalisinin əskər his-
səsini müsəlmanlar təşkil edən bir məkanda təbii ki, islami 
dəyərlər üstünlük təşkil edir. Burada qadınların rəftar və 
davranışında bir çox özəl xüsusiyyətlər diqqəti cəlb edir. 
Məsələn, bir çox regionlarda xüsusilə cənub bölgələrində 
qadınların bir qismi hicaba (örpək) üstünlük verirlər. Hə-
min məsələ son illərin dini-elmi ədəbiyyatında geniş şərh 
edildiyi üçün fikrimizi qısaca olaraq bu cür formulə edə 
bilərik: Əgər qadın könüllü olaraq üzünü örtürsə burada heç 
bir faciə yoxdur; hicabın tətbiqində zor tətbiq olunursa bu, 
bağışlanmaz, antihumanist hal kimi dəyərləndirməlidir.
Bir çox tədqiqatçılar, xüsusən Qərb araşdırmacıları Şərq 
ədəbiyyatında qadının “ikinci dərəcəli” personaj kimi təq-
dim olunduğunu iddia edirlər. Bu kökündən səhv olan iddi-
adır. Həmin qeyri-obyektiv düşüncələrin ən başlıca təkzibe-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin