Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 62 və arvadın ayrılıqda əmlaka sahib olmaları (arvadın öz əm-
lakını kişinin himayəsinə verməsi yox) əslində islam şəriə-
tində çoxdan öz yerini almış, adı bir qaydanın təkrarından
başqa bir şey deyildir. Doğrudur, qadın genderindən olan-
lara nisbətən kişi genderindən olan uşaqlara varislik mira-
sının daha çox hissəsi düşür, lakin o da doğrudur ki, yalnız
kişilər öz ailəsini tam tərkibdə saxlamağa borcludur. Əgər
müsəlman qadın öz südəmər körpəsini əmizdirmək istəmir-
sə, o, kişisini dayə tutmağa da sövq edə bilər. Uşaqların tər-
biyələndirilməsində son söz ona məxsusdur.
Müsəlman qadın boşanmaq haqqında məsələ qaldırmaq
hüququna malikdir. Prinsip etibarilə o istənilən adi peşələr-
dən biri ilə məşğul olmaq hüququndan məhrum deyildir.
...Bir çox digər məsələlər də vardır ki, onların islama
uyğun olaraq qadın hüquqları ilə bağlı müzakirə etmək
mümkündür, lakin mən belə hesab edirəm ki, “qadın azad-
lığı uğrunda” geniş miqyaslı hücuma başlamazdan qabaq
potensial tənqidçilər heç olmazsa yuxarıda gətirilən faktları
dərk etsinlər!” (74: 90).
Gətirilən misal göstərir ki, qadınlarla və icmalarla işi
təşkil etdikdə dini normaların ümumən inkar edilməsi prin-
siplərini rəhbər tutmağa heç bir əsas yoxdur. Daha asanı
odur ki, təlim dinin həqiqi əsasları üzərində qurulsun və on-
dan insanların əsrlər boyu öz maraqları, o cümlədən gender
maraqları üçün istifadə etmələri nəticəsində yığılıb qalmış
lazımsız laylar təmizlənsin. Beləliklə, bütün ayintilər və
yanlış yanaşmalardan, səhv baxış və adətlərdən azad ola-
raq, tam başqa şəraitdə qadınların tamamilə yeni vəziyyəti
ilə rastlaşırıq.
Müasirlərimizin bir çoxunun nəzərində bütün dini tə-
limlər qadınların hüquqlarını məhdudlaşdırır, onları kişilə-