Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə52/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   48   49   50   51   52   53   54   55   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
60
maddi və mənəvi hüquqlara malikdir, çünki bu hüquqlar 
“insan” məfhumunun tərkib hissəsidir. 
Zərdüştlükdə “insan hüquqları məsələsi” məqaləsində 
göstərildiyi kimi, insan həm mənəvi, həm də maddi varlığın 
vəhdəti kimi öz cinsi, irqi, dini və digər mənsubiyyətindən 
asılı olmayaraq, bütün maddi və mənəvi hüquqlara malikdir, 
çünki bu hüquqlar “insan” məhfumunun tərkib hissəsidir. 
Zərdüştlükdə “insan” (maşya, martan) öz ilkin ruhani 
varlığı ilə (manuş) “ruh, ölümsüz, əbədi” kimi, növbəti bi-
oloji varlığı ilə “fani, ölümə məhkum olunmuş” mənasında 
səciyyələnir. Deməli, insan “ölüm-əbədiyyət” münasibətlə-
ri arasında qərar tutan kamil şəxsiyyət və ya cahil məxluq-
dur. Zərdüşt peyğəmbərin göstərdiyi kimi, cəmiyyətdə də 
xeyir və şər problemlərinin kökü buradan başlayır. Cəmiy-
yətdə sosial-iqtisadi, siyasi və hüquqi balansın qorunması, 
yüksək əxlaq və düşüncəyə malik olan insanın formalaş-
masından asılıdır. Bu cəmiyyət və təbiətdə, bütün makro 
və mikro sferalarda mövcud olan obyektiv qanunauyğunluq 
sistemi və ya Mütləq Yaradan Ahuranın biri olan “Mütləq 
Ədalət”dir (Aşa) (128: 104-105).
Xüsusən son illərdə islamla xristianlığın heç bir məntiqə 
uyğun gəlməyən müqayisələrinə rast gəlirik. Tədqiqatçıla-
rın dəfələrlə qeyd etdiyi kimi, müasir dünyada bir çox hal-
larda adamlar bu və ya digər problemə münasibətini konkret 
məsələnin nəzəri əsaslarına görə deyil, özlərinin şəxsi qav-
rayışına uyğun olan yanlış təsəvvürlərin üzərində qururlar. 
Məhz bu amil müasir dünyanın müxtəlif problemlərinə səhv 
yanaşmanın səbəbidir. Belə səthi düşüncə, yaranmış neqativ 
vəziyyətdən çıxış yolu tapmaq mövqeyini zəiflədir. Deyilən-
ləri bir çox hallarda qadının din, o cümlədən islam baxı-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin