Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə48/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   44   45   46   47   48   49   50   51   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
56
Müəllif göstərir ki, rəsmi statistika sistemində gender 
cəhətdən təfərrüatlı göstəricilərin məhdudluğuna baxmaya-
raq, test üsulu ilə keçirilən və kompüterlərlə hesablanan ali 
məktəblərə qəbul imtahanları ilə bağlı göstəricilərdə 1997-
ci ildən etibarən bütün parametrlərinə görə seqraqasiya hiss 
olunur. Aşkar olunmuşdur ki, qızlara nisbətən oğlanlar daha 
yüksək bal toplayırlar, qızların nəticələri isə, əsasən, orta bal 
səviyyəsində qalır. 1997-98 təhsil ilində dövlət statusu almış 
özəl universitetlərə daxil olmuş tələbələrin 46,5 %-ni qızlar, 
53,4 %-ni oğlanlar təşkil etmişlər. 
Təhsil sahəsində çalışan qadınların sayı 1990-cı illə 
müqayisədə artaraq 1996-cı ildə 65 %-ə çatmışdır. DSK-
nin verdiyi məlumata görə, 1998-ci ildə təhsil sahəsində 
qadın və kişilərin nisbəti 65,5 % və 34,5 % olmuşdur, la-
kin təhsilin inzibati idarəetmə sahəsində kişilərin 6:1 kimi 
böyük üstünlüyü var. Dövlət və özəl universitet rektorları 
arasında qadınlar təxminən 5 % təşkil edirlər. Prorektorlar 
arasında isə, qadınların sayı nisbətən çoxdur. 
1997-ci ilin əvvəllərində ali təhsil və elmi-tədqiqat 
müəssisələrində təhsil alan aspirantların 28,2 %-i qadın ol-
muşdur. Qeyd etmək lazımdır ki, 1993-1997-ci illər ərzində 
aspirantların sayı sabit 1280 ədədi ətrafında dəyişsə də, on-
ların arasında qadınların sayı durmadan azalmışdır (83: 50).
Daha sonra müəllif (R.İbrahimbəyova) Ali Attestasiya 
Komissiyasının verdiyi məlumata istinad edərək bildirir ki, 
Azərbaycanda 1997-ci ildə elmi ad alanların içərisində qa-
dınların payı yüksəlmişdir. 
Elmdə gender disbalansına zəmin hazırlayan bir proses 
olan qadın aspirantların sayının azalması yaxın gələcəkdə 
qadın-alimlərin azalmasına gətirib çıxara bilər. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin