Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 53 qismi fərdi cəhətləri önə çəkir. Məsələn, sosioloq B.Skinner
belə hesab edir ki, müasir mürəkkəb problemlərin əsasını
istehsal və sosial münasibətlər sahəsində deyil, yalnız dav-
ranışlarda axtarmaq lazımdır. Məhz buna görə də bu gün
dünyanın qarşılaşdığı əsas problemləri yalnız insan davra-
nışlarının yaxşılaşması ilə həll etmək olar (325: 8). Skinner
belə hesab edir ki, davranışlar haqqında xüsusi olaraq yeni
bir elm yaratmaq lazımdır; o, “davranış texnologiyası” ad-
landırdığı həmin elmin vasitəsilə davranışların proqramlaş-
dırılması və cəmiyyətin idarə olunmasında “effektli sivili-
zasiyanın” yaranacağını iddia edir.
Skinnerin təliminin əsaslandığı biheviorizm nəzəriy-
yəsinin tərəfdarları davranışların formalaşmasında insanın
daxili aləmini (emosiya, hiss, duyğu və s.) nəzərə almadan,
yalnız ətraf mühitin rolunu qeyd edirlər. Məntiqlə belə bir
nəticəyə gəlmək olur ki, həmin baxışın mübəlliğləri insa-
nın psixi fəallığını tamamilə inkar edərək mexaniki-bioloji
amilləri önə çəkirlər. Sosial mühitin insan davranışlarında
mühüm determinant olduğunu qeyd edənlər genetik amil-
lərin mövcudluğunu yalnız xatırlatmaqla kifayətlənir, onun
mühüm rolunu isə “unudurlar”. Düzdür, Skinner klassik
biheviorizmdən fərqli olaraq mühitin davranışlara mütləq
təsirinə qarşı çıxır, lakin o, insanın məqsədyönlü fəaliyyətə
yönələn qabiliyyətini qiymətləndirə bilmir. Skinner dav-
ranışların formalaşmasının təkcə fərdə deyil, ətraf mühitə
də təsir göstərə biləcəyini istisna etmir. Lakin o, mühitin
dəyişdirilməsinə heç bir zərurət duymur. Onun “davranış
texnologiyası” şəxsiyyəti nəinki azadlıq, habelə ləyaqət
hissindən “azad” edir.
Cəmiyyətdə mütəmadi təkrarlanan situasiyalarda insan-
lar çox tez-tez eyni vəziyyəti, eyni hərəkəti olduğu kimi tək-