Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə42/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   38   39   40   41   42   43   44   45   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
50
buna görə də əxlaqın tələblərində elə bilik vardır ki, bu bilik 
davranışın müəyyən növünün məcburiliyinin emosional şə-
kildə qəbul olunmasına çevrilmişdir. “Əxlaq eyni zamanda 
insanların gündəlik həyat fəaliyyətində normativ məqsədli-
lik funksiyasını yerinə yetirir. Onlara öz davranışına əxlaqi 
motivlərin... köməyi ilə haqq qazandırmaq imkanı verir. 
Mötivlərin təmizliyi, yüksəkliyi şəxsiyyətin əxlaqi davranı-
şının mühüm elementidir” (216: 208).
Davranışın tərəflərinin tənzimindən danışarkən, biz 
əxlaqi norma, qayda və prinsipləri xüsusi qeyd etməliyik. 
Normaların məzmunu haqqında söhbət açılarkən burada 
çox zaman iyerarxik strukturdan bəhs edirlər. Həmin nor-
malara misal olaraq qənaətçillik, paxıllıq, qənimətçilik və 
s. göstərilir. Prinsiplərə isə insanların davranışının bütün 
xətlərini ehtiva edən mənəvi tələbat və tələblər aid edilir. 
Bu cəhətdən qənaətçilik norması diqqəti cəlb edir. Aydın 
məsələdir ki, hər bir fərd cəmiyyətdə xoşbəxt həyat sürmək 
istəyir. Bir çoxları xoşbəxtliyin açarını yalnız maddi nemət-
lərin bolluğunda, daha doğrusu, gen-bol istehlakda görür-
lər. Həmin problemə yanaşmada qadın və kişi münasibət-
lərində kəskin fərqlər olmasa da, bəzi məqamları nəzərdən 
keçirmək vacibdir. Bir məsələni qeyd etmək yerinə düşərdi 
ki, bir çox elmi və eləcə də bədii əsərlərdə qənaətcillik çox 
zaman mənfi hadisə kimi qiymətləndirilir. Əlbəttə xəsislik, 
pulgirlik, mal-mülkə hədsiz meyl heç də müsbət hal kimi 
qiymətləndirilə bilməz. Lakin ifrat “səxavətlilik” də təqdir 
edilə bilməz. Məhz buna görə də həssas bir məqama diqqət 
yetirmək lazımdır: qənaətçillik heç də xəsislik deyildir; bu 
anlayış yəni xəsislik qənaətçilliyin yox, qənimətçilliyin ek-
vivalentidir. Qənimətçillik çox vaxt haqlı olaraq sosial bəla 
kimi tənqid edilir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin