Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə62/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   58   59   60   61   62   63   64   65   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
72
sir dünyada Azərbaycanın mövqeyi ötən əsrlə müqayisədə 
xeyli dəyişmişdir. Əvvəllər SSRİ tərkibində olan, digər 
millətlərlə birgə “bir bayraq altında” yaşayan Azərbaycan 
Respublikası indi müstəqillik əldə etmiş, dünya birliyinə 
inteqrasiya etməkdədir. Belə bir vaxtda, özünün müstəqil 
siyasətini yeridən dövlətin problemləri saysız-hesabsız-
dır. Məhz buna görə də, hazırki inkişafın məntiqi bü-
tün dövlətlərin, habelə Azərbaycanın dünya dövlətləri 
ilə interaktiv dialoqunu tələb edir. Müasir dünyanın çox 
görkəmli filosoflarından biri M.Fuko qeyd edir ki, dav-
ranış qaydaları məsələnin bir tərəfidir, amma davranışın 
hansısa qayda ilə müəyyənləşməsi başqa bir məsələdir. 
Bununla yanaşı, insanın necə davranması və ya “özünü 
etik subyekt kimi formalaşması” prinsipi də mövcuddur. 
Fuko daha çox şəxsiyyətin “özünü formalaşdırması” prin-
sipinə diqqət yetirir və bunu obrazlı şəkildə “etik əmək” 
adlandırır (259: 26-27).
Bu gün dünyanın böyük bir hissəsi, vaxtilə “sosialist 
düşərgəsinə” daxil olmuş ölkələr, sosializmdən kapitaliz-
mə keçməkdədir. Hər hansı bir iqtisadi-siyasi formasiyadan 
digərinə keçid mexaniki hadisə kimi qiymətləndirilə bil-
məz. Bu cür “keçidləri”, adətən böyük faciələr və böyük 
təhlükələr müşayiət edir. Lakin cəmiyyətin öz qarşısıalın-
maz qanunları var və həmin qanunların “dondurulmasına” 
göstərilən cəhdlər daha qorxulu meyillərə aparıb çıxara 
bilər. Keçid mərhələsi təkcə bir iqtisadi sistemin digəri ilə 
əvəzlənməsi deyildir. Burada başlıca amillərdən biri də 
bir əxlaqdan digərinə keçməkdir. Əlbəttə əxlaqi-mənəvi 
prinsiplərin sürətli avtomatik dəyişməyə məruz qalmasını 
düşünmək sadəlöhvlük olardı. Bu sahədə etika və şüurun 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin