Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə63/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   59   60   61   62   63   64   65   66   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
73
digər tipləri insanların qarşısında meydana çıxan yeni prob-
lemlərin həllində mühüm rol oynaya bilər. 
Müasir dünyada əxlaq və hüququn qarşılıqlı təhli-
li göstərir ki, mövcud prinsiplərin bərqərar olmasında si-
yasətin təsiri də üstündür. Müasir fransız filosofu E.Jilson 
göstərir ki, ümumiyyətlə, azadlığın mövcudluğu problemi 
öz kökləri ilə sxolastik debatlara gedib çıxır (106). 
Etik prinsiplərin cəmiyyət həyatındakı yeri və rolu əhə-
miyyətli dərəcədə həmin cəmiyyətin mahiyyətindən asılıdır. 
Bu gün özünü dünya birliyindən təcrid etmiş, öz qapılarını li-
beral dəyərlərə və demokratik prinsiplərə bağlamış rejimlərdə 
yüksək etik-mənəvi prinsiplərin bərqərar olmasından danış-
maq qeyri-mümkündür. İndi təkcə iqtisadi müstəvidə deyil, 
mənəvi dəyərlər kontekstində də “qarşılıqlı inteqrasiyalar” 
getməkdədir. Bir növ, “məhəlli əxlaqi qanunları”, ümumbəşə-
ri mənəvi dəyərlər üstələməkdədir. Robert Dahl yazır ki, “bü-
tün insanlara elə yanaşmalıyıq ki, sanki onlar yaşamaq, azad-
lıq, xoşbəxtlik və digər təməl dəyərlər və mənafelər barədə 
bərabər hüquqlara malikdir. Mən bu əxlaqi mülahizəni ana-
dangəlmə bərabərlik prinsipi adlandırardım” (48: 75).
Etik normaların cəmiyyət həyatında daha mühüm rol 
oynaması üçün demokratik prinsiplərin get-gedə dərinləş-
məsi zərurəti yaranır, amma həmin prinsiplər heç də bir-
dən-birə yaranıb formalaşmır. Qeyri-demokratik rejimlər
adətən öz “qayələrinə” uyğun rəhbərlər yetişdirirlər. Bu 
cür rəhbərlərin az qala hamısı ucdantutma iddia edirlər ki, 
“xalqın böyük əksəriyyəti yetərincə səriştəli deyil ki, döv-
lətin idarə olunmasında iştirak edə bilsin; yaxşı olar ki, xalq 
hakimiyyətdən kənara çəkilib, bu işi daha müdrik olanların, 
hansısa bir qrupun və ya fərdin öhdəsinə buraxsın” (48: 78).



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin