Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə66/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   62   63   64   65   66   67   68   69   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
77
nə vəd etmir. Elə buna görə də dünyanın bir çox xalqlarının 
nümayəndələri, elm xadimləri, adi vətəndaşlar antiqloba-
list şüarlar irəli sürürlər, amma bir daha qeyd etməliyik ki, 
qloballaşmanın gətirdiyi bir çox zərərli və mənfi cəhətləri 
etiraf etməklə yanaşı, onun müasir bəşər nəslinin, siviliza-
siyanın taleyində müstəsna rolunu danmaq qeyri-mümkün-
dür. Başqa sözlə, bu gün qloballaşmaya sarı işıq yandırmaq 
- sivilizasiyaya qapı bağlamaq deməkdir. 
Xüsusən, XX əsrin son onillikləri insan davranışına əhə-
miyyətli dərəcədə təsir edən genişmiqyaslı, sosial, mədəni 
və iqtisadi dəyişikliklərin gətirilməsi ilə fərqlənir. Müasir 
sosioloq Antoni Qiddensin dediyi kimi, “biz fəaliyyətimi-
zin demək olar ki, bütün aspektlərinə təsir edən transforma-
siyalar dünyasında yaşayırıq. Pis və ya yaxşı olduğunu hələ 
heç kəs tam anlamadığı, amma hamımızın həyatına təsir 
edən qlobal bir nizama tabe olmuşuq. Sanıram ki, qlobal-
laşmanın yalnız böyük sistemlərə, dünya maliyyə qaynaq-
larına dəxli olduğunu düşünmək səhv olardı. Qloballaşma 
fərdlərdən də yan keçməmişdir. O bizim həyatımızın intim 
və fərdi aspektlərinə də təsir edən bir fenomendir” (12).
Qloballaşma indiki halda insan amili ilə bir başa bağlı 
olan bir məsələdir. Onun gender problemləri ilə qarşılıqlı 
əlaqə və təması da inkaredilməzdir. 
Ötən əsrin 90-cı illərindən başlayaraq, qloballaşma 
mövzusu elmi-fəlsəfə ədəbiyyatda xüsusi yer tutmağa baş-
ladı. Artıq bu hadisə (qloballaşma) bütün cəmiyyətə nüfuz 
etməkdədir. Bu cəhətdən etik dəyərlər yeni bir mahiyyət 
kəsb etməkdədir. Belə ki, qloballaşma prosesində etik prob-
lemlər öz lokallığını itirir, yeni keyfiyyət fərqi qazanır. Lo-
kal fraqmental sosial sistemlər daha böyük qlobal sistemlərə 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin