Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 86 kum olmuşlar. Necə deyərlər, tələbat özünə orqan düzəldir.
Yeni mühitə düşən qadınlar istər-istəməz öz həyat tərzləri-
ni dəyişməli olmuşlar. Yeni həyat tərzi, həm də yeni dün-
yagörüşü ilə müşayiət olunur. Tədqiqatçıların qeyd etdiyi
kimi, müstəqilliyin əldə olunması, sosial-siyasi sistemin
yenilənməsi cəmiyyətin sosial strukturunda və meyarları
seçimində həlledici dəyişikliklərə səbəb olur. Ötən əsrin
80-ci illərində balşamış demoqrafik və miqrasiya proseslə-
ri, uzunmüddətli müharibə, həyat səviyyəsinin son dərəcə
aşağı düşməsinə səbəb oldu. Müharibədə verilmiş çoxsaylı
qurbanlar, xüsusən, əhalinin iqtisadi mühacirəti reproduktiv
nəslin disbalansına gətirib çıxardı, amma bu digər tərəfdən,
həm də bizim cəmiyyətdə qadının rolunun güclənməsinə
səbəb oldu. Ticarət, xidmət, mədəniyyət və elm sahələrində
çalışan qadınların sayı xeyli artdı. İndi əhalinin qadın hissə-
sinin tam “kişi” fəaliyyət sahələrinə meyli hiss olunur. On-
lar siyasi partiya, ictimai təşkilat və birliklərdə geniş təmsil
olunurlar. Bircə onu qeyd etmək kifayətdir ki, Respubli-
kada bu gün 50-ə yaxın qeydiyyatdan keçmiş Qadın Təş-
kilatı (QHT) var. Bütün bunlar Azərbaycanda tamam yeni
gender situasiyasından xəbər verir (5: 115). Əlbəttə məsələ
təkcə “iqtisadi münasibətlərin” yeni arenaya yönəlməsi ilə
məhdudlaşmır, çünki yeni həyat tərzi istər-istəməz yeni etik
prinsip və davranışların təzahürü ilə diqqəti cəlb edir.
K.Popper deyirdi ki, yalnız açıq cəmiyyətdə qadın öz
dolğun ifadəsini tapa bilər, lakin bu son minillikdə belə bü-
tün cəmiyyətlərin “açıq” olduğunu iddia etmək həqiqətdən
çox uzaqdır. Az qala bütün dünyada qadın və kişi əməyi
hələ də qeyri-bərabər dərəcədə qiymətləndirilir. Iqtisadi və
mədəni cəhətdən geridə qalmış ölkələrdə isə qadın əməyi-