Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 96 analarının işi ilə müqayisə olunmalıdır. Qadınların az bir
proporsiyası siyasət, biznes, professiya pozisiyasında yük-
sələ bilərlər. Qat-qat çox qadınlar isə aşağı maaşlı perspek-
tivsiz, günəmuzd işlərdə çalışırlar (237: 13-14).
Ailədə və ictimai mühitdə qadınlar ədalətsizliklə daha
tez-tez üzləşirlər. Boşanmaların əksəriyyəti ailə qayğıları-
nın qadınlara həvalə olunması səbəbindən baş verir, adətən
uşaqlar qadınların öhdəsində, himayəsində qalır.
İşdə qadınların karyera sahəsində irəliləməsi ləng gedir,
amma ixtisarla bağlı proseslərdə qadınlar kişilərə nisbətən
öz iş yerlərini itirmək təhlükəsi ilə daha tez-tez üzləşirlər.
Bir çox hallarda, cəmiyyətdə mövcud olan sosial-sinfi
bərabərsizliyi əsaslandırmağa çalışan “tədqiqat işlərinə” də
təsadüf edilir. Əslində isə, hər bir insan övladı ailə situasi-
yasından təcrid olunmuş halda, tam bərabər fərdlər halında
dünyaya gəlir, amma bəziləri kasıb, bəziləri orta, bəziləri
isə evsizlik şəraitində yaşamalı olurlar. Təbii ki, imkanlı,
varlı ailələrdə doğulanlar da olur. Bundan başqa bir çox-
ları tənha və ya ayrılmış valideynlərlə, konfliktlərlə dolu
ailələrdə, müəyyən qismi isə məhəbbət və xoşbəxtliklə
əhatə olunmuş ailələrdə böyüyürlər.
Təbii ki, on illərin kasıblığını aradan götürmək üçün
on illərin gərgin əməyi və səyi lazımdır. Hətta bu qey-
ri-bərabərliyin aradan qaldırılacağı bir şəraitdə belə prob-
lemin tam həlli mümkün deyildir, çünki sadəcə olaraq hər
bir kəsin bərabər imkanlar əldə etməsi qeyri-mümkündür.
Bu qeyri-bərabərliyin kökü ailədən başlayır. Bir çox hal-
larda isə insanların genderinə görə verilən qiymət, imkan
və inkişaf amillərinə öz təsirini göstərir. Neofeministlər
gender strukturlu ailədə mövcud olan bu cür tendensiyanı