Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 95 edirdi. O, həzz almanın yaxşı hal olmasını vurğulasa da,
bunun müəyyən əxlaq narahatlığı yaratmasına məhdudiy-
yətlər qoyulmasına da münasibətini bildirirdi.
Başqa bir filosof Tomas Ter qeyd edir ki, seksual əx-
laqi münasibətlərdə insanlardan istifadə etmirik, əksinə, biz
onlarla hörmətlə davranırıq və biz əxlaq daşıyıcısı kimi on-
lardan ləyaqətlə istifadə etməliyik. Seksual davranışda əsas
kardinal prinsip “insanlardan istifadə etmə” olmalıdır. Bu
prinsipdə azadlığa daha çox önəm verilir. O, ənənəvi əxlaqi
qəbul etmir, aldatmaqdan tutmuş zorlamaya qədər hər cür
zorakılığın əleyhinədir.
Rocer Skruton isə ənənəvi seksual əxlaqa bəraət qazan-
dırır. O, Kant nəzəriyyəsini tənqid edir, qeyd edir ki, insan
münasibətlərinin perspektivinə yalnız Aristotelin etik xarak-
terə olan yanaşması təkan verə bilər. Skrutona görə, seksual
ləyaqət bakirəlikdir. Bu seksual davranışdan imtina etmək
deyil, erotik məhəbbətə olan qadağadır. Məhəbbətin əsas
meyarı ləyaqətdir ki, bu da insanı daha da çiçəkləndirir.
Genderəsaslı bərabərsizlik çox təəssüflər ki, cəmiyyə-
timizdə hələ də mövcuddur. Hələ də iqtisadi şərtlər qadın və
kişilər üçün kəskin fərqlənir. Hələ də valideynlərdən asılı
uşaqlar, “xroniki xəstə” ailə üzvləri əsasən anaların, qadın-
ların himayəsindədir. Yaşlı qadınlar arasında olan yoxsul-
luq həddi həddən çox yüksəkdir. Bu, siyasi cəbhədə özünü
daha qabarıq göstərir (parlamentdəki qeyri-mütənasiblik),
evdə ödənilməyən ev işlərinin bölgüsü bu məsələlərdən ən
ağrılısıdır (316).
Ailə məsuliyyətlərinin genderlər arasında bərabər bö-
lünmə məsələsi, xüsusilə uşaq qayğısı baş tutmayan nadir
inqilabdır. Bugünkü uşaqlı işləyən anaların işi, işləməyən