Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 89 beysbollar, rep, rok, pop və s. hesab olunur. Qloballaşma
prosesinin əsas daşıyıcıları “Makdonalds”, “Pissa-xati”,
“Nayk”, “Adidas” və s. firmalardır (242: 309-310).
Bütün tarix boyu qloballaşmanın ən yüksək mərhələsini
təşkil edən XXI əsrdir. Çox təəssüf hissi ilə qeyd etməliyik
ki, dünyanı ağır sınaqlardan, müharibə və dağıntılardan xi-
las edə bilməmişdir. Bəşəriyyət yenə zorakılıqla üz-üzədir.
Ailə və cəmiyyət daxilində mövcud olan hər cür neqativ
hadisələr qlobal miqyasda və hərbi spektrdə baş verməkdə-
dir. Hələ 1970-ci ildə Parisdə YUNESKO-nun təşkil etdiyi
konfransda görkəmli fizioloq Xose Delqalo özünün parlaq
eksperimentlərinə əsaslanaraq inamla bildirdi ki, yaxın beş
iş ərzində biz təcavüzkar davranışın müalicəsi sahəsində
inqilabın şahidi olacağıq. Bu, müxtəlif yolxucu xəstəliklə-
rin antibiotiklərlə müalicəsini xatırladan bir hal olacaqdır.
Bu konfransın digər iştirakçısı, professor Barslou, həmçinin,
belə hesab edirdi ki, bəşəriyyət, nəhayət ki, ümumdünya
əməkdaşlığına ümid bəsləmək üçün hər cür əsaslara malik-
dir və yalnız bir neçə addım atmaq lazımdır ki, müharibələr
insanlar arasındakı ünsiyyətin hədsiz köhnəlmiş bir üsuluna
çevrilmiş olsun. Lakin bu addımların atılması üçün iki və
ya üç əsr vaxt nəzərdə tuturdu. Bu gün bir şey də aydındır:
ötən 30 il müddətində planetdə təcavüz və onun nəticəsi olan
zorakılıq nəinki azalmamış, əskinə, rəngarəng formalar kəsb
etmişdir.
XX əsrin son rübündə əhali artımının güclənməsi, ur-
banizasiya templərinin yüksəlməsi, şəhərlərin böyüməsi
yalnız mənzil və qida problemləri doğurmur. Əsas cəhət
ondan ibarətdir ki, əhalinin artımı və cəmiyyətin hipert-
rofiyası insanların dözümlülük səviyyəsini azaldır, dep-