Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 87 nin istismarı orta əsrlərdəki qaydada davam etməkdədir,
xüsusilə müharibələrin, hərbi münaqişələrin baş verdiyi
ölkələrdə qadınların həyat şəraiti nəzərə çarpacaq dərəcə-
də aşağıdır. Ölkələrarası və ölkədaxili münaqişələrin baş
verdiyi ərazilərdə – Bosniya, Herseqovina, İraq, Albaniya,
Əfqanıstan, habelə bir sıra keçmiş sovet ölkələrində hazır-
da milyonlarla insan qlobal ərzaq çatışmamazlığı, xəstəlik,
infilyasiya şəraitində yaşayırlar.
Ekoloji böhran nəticəsində təkcə təbiət deyil, habelə
cəmiyyət ağır sınaqlara mübtəla olur. Məhz buna görə
də demək olar ki, yeni dövrdə insan ekologiyası elminin
yaradılması uğurlu hadisə kimi qiymətləndirilməlidir. Fi-
losof-ekoloq A.Şükürovun dediyi kimi, vaxtilə ekologi-
ya dedikdə yalnız heyvan və bitkilər nəzərdə tutulurdusa
(bir növ insan diqqətdən kənarda qalırdı), hazırda insan
ekologiyası, insanın nadir-ekstremal şəraitə uyğunlaşma-
sı-adaptasiyası problemi ön plana çıxmışdır. “İnsanın,
xüsusilə, bəşəriyyətin gözəl, incə yarısı hesab olunan qa-
dının, daha dəqiq qız, bacı, ananın sağlamlığı məsələsi,
daha çox diqqət cəlb edir. Heç kimə sirr deyildir ki, So-
vetlər birliyi dövründə qadınlar, xüsusilə kəndli qadın-
lar, olduqca çətin şəraitdə işləyirdilər. Pambıq tarlaların-
da, üzüm və tütün plantasiyalarında, qızmar günəş altında
işləyən qadınların başına çox vaxt təyyarələrdən zəhər
səpirdilər. Onlar hətta normal içməli su tapa bilmirdilər.
Nəticədə, bir sıra xəstəliklər tüğyan edirdi.... Pambıqçılıq
rayonlarında qadınların 60 faizi ağır kənd təsərrüfatı iş-
lərində işlədiyindən bu rayonlarda hamiləliyin vaxtından
qabaq pozulması 12 faiz hüdudunda olmuşdur” (148: 27).
Müasir cəmiyyətdə texnokratiyanın həyatın bütün
sahələrinə durmadan, sürətlə nüfuz etməsi inkarolunmaz