Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 85 mütərəqqi təsir mexanizmlərinin işlənib hazırlanması üçün
münasib zəmin yaradır.
Son illərdə bir sıra keçmiş Sovet ölkələrində baş verən
proseslər hakimiyyətdə qadınların daha geniş şəkildə təm-
sil olunmaları üçün şərait yaratmışdır. Məsələn, Gürcüstan,
Ukrayna və Qırğızıstanda baş verən demokratik dəyişik-
liklər nəticəsində hakimiyyətdə daha çox qadınların təm-
sil olunduğu müşahidə olunur. Lakin cəmiyyət həyatında
baş verən siyasi yeniləşmələr heç də bütün hallarda “xoş-
bəxt sonluqla” bitmir. Son illərin təcrübə və müşahidələri
göstərir ki, keçid dövrlərinin siyasi kolliziyaları bəzən tək-
cə köhnə və yararsız olanları deyil, habelə təzə yarananları,
rüşeym halında olan gərəkliləri də vurub dağıdır, məhv edir.
Sosioloq Kristian Çinkin yazır ki, qloballaşma gender
əlaqələrinə mürəkkəb və ziddiyyətli üsullarla təsir etmək-
dədir. Müasir texnologiya bir çox qadınlar üçün azadlıq və
seçim üsulu olsa da, bu digər qadınların ölüm və istismarı
ilə nəticələndi. Şərqi Avropa və postsovet məkanında de-
mokratiya və bazar iqtisadiyyatına keçid çox qadınların
dövlət işlərində iştirakını aşağı saldı və onları bir çox iqti-
sadi hüquqlardan məhrum etdi (98).
Keçid dövrünün özü ilə gətirdiyi mənfi təzahürlər ən
çox qadınların həyat və məişətində əks olunur. Bu cəhət-
dən Azərbaycan cəmiyyəti öz spesifik xüsusiyyətləri ilə
fərqlənir; belə ki, Sovet İttifaqı dağıldıqdan sonra Azər-
baycan vətəndaşları, xüsusən qadınlar, ağır sınaq və məh-
rumiyyətlərlə qarşılaşmalı olmuşlar. Torpaqlarının böyük
bir qismini itirən, ev-eşiyindən didərgin düşən, mal-mülkü
talanan azərbaycanlı qadınların böyük əksəriyyəti iri şəhər-
lərdə, bir qismi isə “çadır şəhərciklər”də yaşamağa məh-