Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə70/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   66   67   68   69   70   71   72   73   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
81
İnstitusional yanaşmanın tərəfdarları, xüsusən onun ba-
nilərindən biri olan Torsteyn Veblen qadının tarixdəki iqti-
sadi rolunun evolyusiyasını izləyərkən belə qərara gəlir ki, 
qadınların ev işləri, öz mahiyyətinə görə əslində istehsal 
fəaliyyəti kimi qiymətləndirilməlidir (173: 330). 
Qadınların siyasi həyatda kişilərlə eyni “ranqda” təm-
sil olunmaması, şübhəsiz ki, bütün postsovet məkanına xas 
olan haldır. Təkcə bir faktı xatırlatmaq lazımdır ki, 2003-
2004-cü illərdə postsovet ölkələrindən yalnız bir ölkənin 
dövlət başçısı (Latviya) və parlament rəhbəri (Gürcüstan) 
qadın olmuşdur. 
2002-ci ildə Rusiya Dumasının üzvləri sekçi hüququnun 
əsas təminatları haqda qanunun yeni redaksiya layihəsinə 
düzəlişləri müzakirə edərkən belə bir təkliflə çıxış etmiş-
dilər ki, partiya siyahısı tərtib edilərkən orada hər hansı bir 
genderi təmsil edən adamların kəmiyyəti 70 %-i ötməməli-
dir. Beləliklə, deputatlar qadınların parlamentdə heç olmasa, 
mövcud yerlərin üçdə birini tuta bilməsini qanuniləşdirmək 
istəyirdilər. Hətta Rusiya Mərkəzi Seçki Komissiyasının səd-
ri A.Veşnyakov bunun beynəlxalq normalara uyğun olduğu-
nu, qüvvədə olan Konstitusiya ilə ziddiyyət təşkil etmədiyini 
qeyd etmişdir. Lakin həmin layihəyə deputatların yarıdan azı 
– cəmi 167 nəfəri lehinə səs vermişdir. Parlamentdə “Rusiya 
qadınları” fraksiyasını təmsil edən fəallardan biri, Y.Laxo-
va Türkiyə, Norveç, Fransa, hətta Pakistan kimi ölkələrdə 
qadınların hakimiyyətin yüksək eşalonunda təmsil olunduğu 
halda, Rusiyada “kişi şovinizminin” üstünlük təşkil etdiyini 
vurğulamış, bunu obrazlı şəkildə “milli” təhlükəsizliyin gizli 
təhlükəsi kimi qiymətləndirmişdir (185: 35).
Müşahidə və tədqiqatlar göstərir ki, ictimai-siyasi hə-
yatda “qadın faktoruna” müraciət, dalğavari səciyyə daşı-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin