Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə78/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   74   75   76   77   78   79   80   81   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
90
ressiv reaksiyaların, nevrozların və aqressiv davranışların 
sayını artırır. 
Nazarçukun qeyd etdiyi kimi, mədəniyyət bütöv bir 
sistemdir və həmin sistemdə hansısa elementin zədələn-
məsi bütövlüyün pozulması ilə nəticələnə bilər. Mövcud 
mədəniyyət ənənələrindən yalnız o vaxt uzaqlaşmaq olar 
ki, individ yeni və daha əlverişli davranış qaydalarına alışa 
bilsin. Mədəniyyətdə bu vəzifəni-itirilmiş ənənələrin əvəz-
lənmə və kompensasiya rolunu diskurslar oynayır. Diskurs-
lar - inamın (geniş mənada mədəniyyətin) generatorları da 
hesab oluna bilər (221).
Yeri gəlmişkən, qloballaşma ilə modern konsepsiyası-
na inam mexanizminin formalaşmasını A.Qiddens ətraflı 
şəkildə təhlil etmişdir. O özünün “Modernin nəticəsi” ki-
tabında qloballaşmanın mahiyyətini sosial münasibətlərin 
intensivikasiyası kimi qiymətləndirərək belə qənaətə gəlir 
ki, lokal fenomenlər onlardan çox-çox uzaqlarda və ya ək-
sinə olan hadisələrin təsiri altında formalaşır. Məsafənin 
aradan götürülməsi psixoloji və mədəni məkanın dəyişməsi 
(aradan çıxması) və abstrakt sosial inamın yaranması ilə nə-
ticələnir (300: 62). Sosioloq Bokenford isə belə hesab edir 
ki, müasir hüquqi dövlət daha çox özünün yaratmadığı, ha-
zır şəkildə aldığı mədəni şəraitdən asılıdır (290: 272-283).
Vaxtilə böyük ingilis alimi Ç.Dikkensə belə bir sual 
vermişdilər ki, siz islahatlardan danışırsınız, o nə islahat-
lardır elə? Yazıçı cavab vermişdi ki, mən insanlıq islahat-
ları keçirmək istəyirəm. Artıq 3-cü minilliyə qədəm qoyan 
bəşəriyyət hələ də özünün başlıca “islahatlarını” keçirib 
başa çatdırmamışdır, bu məhz “insanlıq islahatıdır”. 
Məlum həqiqətdir ki, cəmiyyətin əxlaqını nə fəlsə-


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
91
fi cərəyanlar, nə də ayrı-ayrı mütəfəkkir və ictimai-siyasi 
xadimlər deyil, sosial təbəqələr, xalqlar, millətlər, bir söz-
lə, cəmiyyət özü müəyyən edir və istiqamətləndirir. Əldə 
edilən biliklər, öyrənilən əxlaqi şüur elementləri isə sistem-
ləşdirilərək bir sıra elm sahələri, o cümlədən etika və etik 
kateqoriyalar vasitəsilə formula edilir. 
Sosial-mənəvi davranışların etika və gender tərəfindən 
öyrənilməsi bir sıra mühüm amillərlə şərtlənir. Tarixi pro-
seslərin müşahidə və təhlili göstərir ki, patriarxal düşüncə 
tərzi “kişi” və “qadın” fenomenlərinin az qala antoqonist 
cəbhələrə bölünməsinə gətirib çıxarmışdır. Nəticədə təkcə 
qadınlar deyil, elə kişilər də bir sıra zərərli ənənə, davranış 
və münasibətlərin girovuna çevrilmişdir. 
Yeni dövrün mədəniyyət sistemi gender dünyagörü-
şünə xüsusi baxış bucağı altında nəzər salmağı tələb edir. 
Genderin müasir qlobal və sosial-ekoloji problemlərlə sıx 
əlaqəsi, cəmiyyətdə genderlərin qarşılıqlı münasibətlərinə 
yenidən baxmağın labüdlüyünü bir daha təsdiq edir. Məhz 
bu zərurətin nəticəsidir ki, son illərdə, xüsusən Azərbaycan 
müstəqillik əldə etdikdən sonra, gender elminin öyrənil-
məsinə diqqət artırılmışdır. Qadın və kişi münasibətlərinin 
gender müstəvisində tədqiqi yeni dövrün öz qanunauyğun-
luğundan irəli gəlir. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin