Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə86/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   82   83   84   85   86   87   88   89   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
100
ratik prinsiplər əsasında həll olunur. Bu məsələlər daim 
sosioloqları düşündürməkdədir. Artıq “dövlət üçün adam” 
konsepsiyasını, “dövlət adam üçün” konsepsiyası əvəz edir. 
A.N.Arininin dediyi kimi, yalnız belə bir əvəzləmədə cə-
miyyət öz insanlarının səsini eşidər, öz vətəndaşının qayğı-
sına qalar (161 : 48).
Kompleks gender yanaşmanın metodologiyası iqtisadi 
və sosial hüquq şurasında (ECOSOC) 1997-ci ildə hazır-
lanmışdır. Kompleks gender yanaşmasının əsasında sosi-
al ədalət faktoru, insan hüququ, kişi və qadın bərabərliyi 
və inkişafın stimullaşdırılması prinsipi dayanır. Sənəddə 
göstərildiyi kimi, bütün sahələrdə, o cümlədən iqtisadiy-
yatda inkişafın rəhnini hər bir sosial qrupun maraq və 
tələbatlarının düzgün istiqamətləndirilib istifadə olunması 
təşkil edir. 
Kompleks gender yanaşması gender bərabərliyinin 
qlobal strategiyası BMT-nin qadınların vəziyyəti ilə bağlı 
1995-ci ildə Pekində keçirdiyi dördüncü konfransın materi-
allarında geniş əks olunmuşdur. Həmin sənədin “Qadınlar və 
iqtisadiyyat” fəslinin 164-cü paraqrafında kompleks gender 
yanaşmasının əsas məsələləri xüsusilə vurğulanmışdır. 
Müasir dünyada gedən mürəkkəb proseslərin təhlili 
göstərir ki, iqtisadi və siyasi sahələrdəki inteqrasiyaların 
mahiyyəti heç də ilk baxışda göründüyü kimi sadə deyildir. 
Ən böyük problemlər isə iqtisadiyyat və ticarət siyasəti ilə 
bağlıdır. Qlobal iqtisadiyyatın restrukturizasiyası nəticəsin-
də milli dövlətlərin sosial siyasətində və əmək bazarında 
əsaslı dəyişikliklər yaranır. Belə ki, milli dövlətlərin iqtisa-
di və siyasi suverenliyinin aşağı səviyyəyə enməsi təsirsiz 
ötüşüb keçmir. Iren van Staveren həmin problemə toxu-


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
101
narkən yazır ki, belə bir şəraitdə sosial təhlükəsizlik özü-
nün son həddinə çatır. Milyonlarla kasıb adamın - kişi və 
qadınların vəziyyəti daha da ağırlaşır, onlar özlərinin əsas 
həyati tələbatlarını ödəməkdən məhrum olurlar. 
1920-ci illərdə ingilis filosofu və riyaziyyatçısı Bertran 
Rassel boşanma haqqında yeni mülahizələr irəli sürdü. O, 
təklif edirdi ki, mövcud ənənələr və mövcud qanunlar bo-
şanmaya “öz prizmasından” yanaşmalıdır. Belə ki, qanun 
boşanmaya icazə verməli, ənənə isə qadağa qoymalıdır. 
Özlüyündə maraqlı görünən bu ideyanın tətbiqi o qədər də 
asan deyildir. Ailənin möhkəm əsaslar üzərində dayanma-
sında maariflənmə işi daha səmərəli nəticələr verir. Daha 
dəqiq desək, ailə quran tərəflərin səviyyəsi çox şeyi həll 
edir. Yuri Rürikovun belə bir fikri ilə razılaşmalı oluruq 
ki, mədəniyyət - ailədə uğurlu nəticə üçün ən yaxşı yoldur. 
Ona görə də ailə problemlərinin həlli üçün ən yaxşı yolları 
axtarıb tapmaq lazımdır (236 : 232).
Adi məişət ənənələrində və bir çox tədqiqat əsərlərində 
adətən qadınların sosial statusu arxa plana çəkilir, əvəzin-
də onun fiziki-anatomik keyfiyyətləri qabardılır. Bu cəhətə 
diqqət yetirən Z.Freyd vaxtilə “qadının biloloji faciəsi” 
anlayışını işlətməli olmuşdur. Əsl mahiyyətdə isə, kişi və 
qadın “başlanğıcı” arasındakı fərqin bünövrəsini patriarxal 
mühitdə əsrlər boyu yaranıb formalaşmış baxışlar təşkil 
edir. Məhz patriarxal mühit “maskulinləşmiş” kişiyə qa-
dınlara nisbətən daha böyük azadlıq verir. Mədəniyyətin 
bu tipi (patriarxal tip) iki cins arasında münasibətləri əv-
vəlcədən müəyyənləşdirir. Məhz həmin tip prinsipial bölgü 
aparır. Rus filosofu T.A.Klimenkovanın dediyi kimi, bu tip 
mədəniyyət kişiyə, məsələn adam öldürməyi, zorakılıq et-
məyi, cinayət törətməyi və s. rəva bilir (200: 137).



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin