Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 111 xatırlatmaq istərdik ki, cəmiyyətdə və ailədə kişilərin ro-
lunu mütləqləşdirən bir çox ideyaların müəllifləri tez-tez,
sürəkli qaydada dini ehkam və fundamentalist təsəvvürlərə
istinad edir, müqəddəs kitablardan ixtibaslar gətirirlər. Əs-
lində isə, bütün dini kitablarda qadın və kişilərin hüquq bə-
rabərliyi təsbit olunur.
Bu gün, hətta, az inkişaf etmiş ölkələrin konstitusiyala-
rında belə qadın və kişi bərabərliyi hüquqi cəhətdən az-çox
təmin olunmuşdur. İndi əksər dövlətlərin bütün vətəndaşla-
rının seçmək və seçilmək hüququ vardır. Qərb ölkələrinin
bəzi sosioloq və siyasi xadimləri Şərqdə qadın hüquqlarının
məqsədəuyğun şəkildə pozulduğunu iddia etsələr də, bu kö-
kündən yanlış təsəvvürdür. Təkcə belə bir faktı göstərmək
kifayətdir ki, son onillikdə Pakistan, Hindistan, Fillipin,
Türkiyə və s. Şərq ölkələrində dövlət və hökumət rəhbər-
liyində qadınlar önəmli vəzifələrdə təmsil olunmuş, prezi-
dent və ya baş nazir postunu tutmuşlar. Lakin bu o demək
deyildir ki, qadınların rəhbərliyi dövründə həmin ölkələrdə
qadın hüquqları pozulmamışdır. Bu cür düşünmək yanlışlı-
ğa yol verməkdir. Faktlar göstərir ki, hakimiyyətdə kişi və
ya qadının təmsil olunması, haqqında söhbət açılan proble-
min həllində əsaslı rol oynaya bilməmişdir; yəni prezidenti
qadın olan dövlətlərdə heç də qadınların “ağ günə” çıxdı-
ğını zənn etmək olmaz və ya əksinə. Cəmiyyətdə qadın və
kişinin azadlığı hüquqi qanunlar və iqtisadi-mədəni-sosial
yüksəlişlə təmin olunur. Bu amillərdən birinin zəifliyi di-
gərinə də təsir göstərir. Elə buna görə də iqtisadi cəhətdən
inkişaf etmiş bir çox ölkələrdə mədəni səviyyənin aşağı ol-
ması qadın-kişi münasibətlərində də əks olunur. Əlbəttə hə-
min münasibətlərin çözülməsində adət-ənənələrin rolunu,
mentalitet xüsusiyyətlərini də nəzərə almaq lazımdır.