Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 109 ki, “uşaq gördüyünü götürür”. Ailədə ana övladına lazımi
qədər vaxt sərf etmirsə, ona nağıllar, əfsanələr söyləmirsə,
şeir və mahnılar öyrətmirsə, sözsüz ki, bu uşaq məktəb-
də öz həmyaşıdlarından fərqlənəcək və müəyyən mənada
geri qalacaqdır. Yaşadığımız bu tarixi keçid dövrü nəinki
böyüklərin, həm də gənclərin mənəviyyatını ağır sınaqlara
çəkir. Bu sınaqlara uğurla sinə gərənlər də var, yolunu sar-
panlar da. Hər bir dövrdə olduğu kimi, qadının üzərinə bu
işin öhdəsindən gəlmək üçün böyük ağırlıq düşür.
Hamıya məlumdur ki, övlad, xüsusilə də qız, anasına
daha çox bağlıdır. Onlar ən yaxşı ana rolunu öz analarının
timsalında görürlər. Hətta oyun oynayanda belə, hərə öz
anasını təqlid edib, ona oxşamağa çalışır və gələcək ailəsin-
də də anasından aldığı bilgi və təcrübələrdən istifadə edir.
Bu gün cəmiyyətdə iki növ qadın streotipinə rast gəli-
rik: işləyən və evdar qadın. Evdar qadınların vaxtı işləyən
qadınlara nisbətən daha çoxdur, amma bu gün heç kəs deyə
bilməz ki, evdar qadınların uşaqları daha tərbiyəli, mənəviy-
yatları daha zəngindir və ya əksinə. Deməli əsas məsələ vax-
tın azlığı-çoxluğu yox, onun necə sərf olunmasıdır. Az vaxt-
da daha səmərəli işlər görmək olar. Bəzən işləyən qadınlar
uşaqlarına laqeyd münasibət bəsləyirlər. Uşağı ya tamamilə
nənə-babalarına, ya da dayələrinə həvalə edirlər. Özləri on-
lara vaxt ayırmırlar. Gənclər isə anaları ilə daha adekvat sa-
yılan bir mövzuda nənələri ilə danışmağa çətinlik çəkirlər və
bu mövzu barəsində yaşıdlarından yanlış informasiya alırlar.
Bugünkü qadınlar hər cəhətdən daha müasir olduqları üçün
hər hansı bir mövzuda övladları ilə müzakirəyə girə bilirlər.
Çağdaş dövrdə gender münasibətlərinin bir sıra ele-
mentləri qadınlardan daha çox, kişilərin durumu və fəa-