Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə100/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   96   97   98   99   100   101   102   103   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
117
Pasifizmi dəstəkləyən səbəblər də çeşidlidir. Bəziləri-
nin fikrincə qeyri-zorakı üsullar yaxşı nəticələr əldə edir və 
onlar yaxşı tətbiq olunduğuna görə daha üstündürlər.
ABŞ-ın prezidenti C.Buş Hərbi Akademiyada 5 yan-
var 1992-ci il tarixində keçirilən görüşdə vurğulamışdır: 
“Hərbdən istifadə etmək bir siyasətdir və bu, səlahiyyət 
verir ku, harada və nə vaxt güc effektli ola bilər, harada 
onun tətbiqi zaman və imkanına görə məhdudlaşdırıla bilər, 
harada potensial xeyirlər potensial dəyər və qurbana bəraət 
qazanc verə bilər” (286: 415).
İnsanların dünyada bu gün rastlaşdığı problemlərin bir 
çoxu müasir texnologiyanın inkişafı xarakterindən irəli gə-
lir. Məsələn, müasir kommunikasiya texnoloqları şkalada 
əvvəllər olmayan bir səviyyədə qlobal münasibətləri müm-
kün edir. Belə ki, informasiya əsri irəli addımladıqca, yox-
sul xalqlar daha da geri qalırlar. 
Cenevrədə 1995-ci ildə keçirilən beynəlxalq toplantı-
da telekommunikasiya sənaye təmsilçiləri göstərirdilər ki, 
dünyanın bəzi regionları çox geri qalıblar, amma investor-
lar orada olan siyasi qeyri-stabilliyə görə kommunikasiya 
infrastrukturunun inkişafını maliyyələşdirməkdə tərəddüd 
göstərirlər. 
Qlobal iqtisadi və ətraf mühit məsələlərini mükəmməl 
nəzərdən keçirərkən bir məsələ aydın olur ki, bu məsələlə-
rin etik təhlili heç də tam deyildir. Əsas səbəb odur ki, nəyin 
yaxşı, nəyin pis olmasında bizim məsuliyyətimiz bu hadisə 
və səbəblərin səthi qiymətləndirilməsinə söykənir (286: 415).
Cəmiyyətdə baş verən bu cür ziddiyyətli proseslər qa-
dınların həyatında da daha ağır iz qoyur. Axırıncı iki onil-
likdə feminist iqtisadçılar əməyin gender bölümü və iqtisadi 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
118
resurslar üzərində nəzarət (həm III Dünya, həm də yüksək 
inkişaf etmiş ölkələrdə) barəsində qloballaşmanın təsirinin 
müxtəlif aspektlərini öyrənmişlər. Onlar gender bərabərsiz-
liyinin iqtisadi inkişafa (artıma) təsirindən və ya ona təkan 
verməyindən bəhs ediblər, ona görə də makroiqtisadiyyat 
siyasətində yeni məsələlər qaldırıblar. Empirik tədqiqatlar 
göstərir ki, əhalinin zəif seqmentləri, xüsusilə də az gəlirli 
ailələrdə qadınlar barədə market reformlarının zərərli təsi-
ri mövcuddur. Yeni əmələ gələn feminist ədəbiyyat birbaşa 
debatlara çağırır, tədqiqat və siyasətin yeni həllə ehtiyacı 
olan tapşırıqlarını açıqlayır (286: 415).
İnkişaf etmiş ölkələrdə, xüsusən son illərdə, gender bə-
rabərliyi özünü daha qabarıq şəkildə göstərməkdədir. İrqi, 
sinfi mənsubiyyətlərin aradan götürülməsi, qadın əməyinin 
qiymətləndirilməsi həm fərdin, həm də cəmiyyətin mühüm 
göstəricilərindəndir. Gender statusunun cəmiyyət həyatında 
baş verən proseslərlə çarpaz şəkildə nəzərdən keçirilməsi 
optimal qərar və nəticələrin çıxarılmasını labüdləşdirir.
Genderdə bərabərlik prinsipi əslində sosial bərabərli-
yin ekvivalenti kimi anlaşılmalıdır. Qadın və kişi arasın-
dakı fərqlər haqqında söhbət açan bir çox müəlliflər bəzən 
mövcud münasibətlərin əsasındakı ziddiyyətlərin kökünü 
təbiətdə, bir çox hallarda isə fövqəlqüvvədə axtarırlar. Bu 
tamamilə əsassız fikirdir. Əslində, gender bərabərsizliyi 
birbaşa cəmiyyətlə, insan münasibətləri ilə bağlı olan prob-
lemlərdir. Sosioloq F.Fərəcovanın qeyd etdiyi kimi, insan 
cəmiyyətinin inkişafı prosesində - əmək alətlərinin tək-
milləşdirilməsi, əməyin ictimai bölgüsünün dərinləşməsi, 
maddi və mənəvi istehsalın nəticəsində əldə olunanların 
bölüşdürülməsinin cəmiyyətdə formalaşmış münasibətlərə, 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin