Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
120
III FƏSİL
AİLƏDƏ MƏNƏVİ TƏRBİYƏ VƏ
GENDER PROBLEMİ
3.1. Azərbaycan ailəsində mənəvi və cinsi tərbiyə
M
illi-mənəvi
adət-ənənə və dəyərlərlə
ümumbəşəri sərvətlərin bir-birinə qovuş-
duğu, cəmiyyətin mənəvi-əxlaqi təməli-
nin az qala sarsıldığı bir zamanda ailə və onun əxlaqi, fiziki,
cinsi tərbiyəsi aparıcı bir amilə çevrilmişdir.
Bazar iqtisadiyyatına,
xüsusi mülkiyyətə keçid mər-
hələsi özü ilə ailələrə qadın-kişi
münasibətlərinə, daha
doğrusu gender problemlərinə
keyfiyyətcə yeni dəyişik-
liklər gətirmişdir. Sosial təbəqələşmə, işsizlik, milli-əxlaqi
ənənələr və dəyərlər gender asimmetriyasının kəskinləşmə-
si, cinslərarası qarşıdurmanın artması,
dəyərlər sahəsində
böhranlar ailələrə daha ciddi, dağıdıcı zərbələr vurmaqda-
dır. Belə bir şəraitdə gender münasibətləri təkcə ailə sahələ-
rində deyil, habelə iqtisadi, hüquqi, mənəvi, dini müstəvidə
araşdırılmalıdır. Fəlsəfə elmləri doktoru Z.Quluzadə ailə
probleminin, ailədaxili münasibətlərin tədqiqini ən aktual
məsələlər sırasına daxil edir: “Respublikada keçid şəraitin-
də hazırda qadın hüquqlarının məhdudluğu və yaxın gələ-
cəkdə obyektiv səbəblər üzündən
bu məhdudluğun artma
imkanını nəzərə alaraq, gender münasibətləri çərçivəsində
qadınların siyasi həyatda, hüquq sahəsində, əxlaq, ailə və