Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 121 məişətdə hüquqlarının tədqiqi və müdafiəsi xüsusi tədqiqat
mövzuları və əməli fəaliyyət proqramlarında əks olunmalı-
dır. Aktual problemlər sırasına ailədaxili münasibətlər: yeni
ailələrin yaranması, nəsil artımı, ailənin dağılması və bu
halda qadın və uşaqların hüquqlarının müdafiəsi problem-
ləri də daxildir. Ailə ilə əlaqədar hazırda Respublikamız-
da milli mentalitetimizə sığmayan, lakin qadın hüququnu
amansızcasına tapdalayan bir problem də var. Bu problem
rəsmi ailə qura bilməmiş cavan qız və qadınların övlad doğ-
ma hüququdur” (111).
Məlumdur ki, ailənin üç başlıca funksiyası mövcud-
dur: nəsil artırma, təsərrüfat məşğuliyyəti, uşaqların fizi-
ki-əxlaqi və cinsi tərbiyəsi. Azərbaycan ailələrində daim
adət-ənənələrlə tənzimlənən qarşılıqlı münasibətlər möv-
cud olmuşdur. XIX əsrdə ailənin qarşılıqlı münasibətlərin-
də əsasən patriarxal adətlər hakim idi. Lakin ailədəki mü-
nasibətlər qarşılıqlı hörmətə əsaslanırdı. Q.Qeybullayevin
qeyd etdiyi kimi, qarşılıqlı hörmət olmadan ailə təsərrüfat
funksiyalarını yerinə yetirə bilməzdi (105: 112).
Qadınlar tarixən cəmiyyətdə də, ailədə də kişiyə nis-
bətən hüquqsuz olmuşlar. Tədqiqatçılar göstərirlər ki, XIX
əsrdə azərbaycanlıların şiə və sünni məzhəblərinə qul-
luq edən hissələri içərisində ailədə qadınlara münasibətdə
müəyyən fərqli cəhətlər vardı: şiələrdə qadın daha çox qa-
palı həyat tərzi keçirirdi (105: 112).
Qadınların daim məzlumluğu və yalnız cinsi ehtiyacı
ödəmə vasitəsi olmasına dair faktlar çoxdur. Qadınlar ata
evində də, ər evində də kölə kimi yaşamış, evdən kənar
və üzücü ev işləri ilə məşğul olan bu fədakar məxluqların
maddi və mənəvi ehtiyacları ödənilməmişdir, onlara iradə-