Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
130
pozulmasının mümkünlüyünü də göstərmişdir. Bəzi xalq-
larda nikahın pozulmasını dövlət qadağan etmişdir. Şəhvət
və ehtiras nəticəsində alınan həzz yalnız hissi deyil, ruhi
həzzdir. Bu şəhvət iki istəkdən yaranır:
xoşa gəlmək və
həzz almaq istəyi. Şəhvət hissi məhəbbət əsasında bir cinsin
digərindən həzz alması əsasında yaranır. İnsanların, bir-bi-
rinə bəslədiyi məhəbbət yaxınların bir-birindən aldıqları
həzzdir. Məhəbbətin bir növünü yunanlar eros adlandırırlar.
Məhəbbət bir-birini sevən insanların tələbatları haqqın-
da təsəvvürlərdir. Məhəbbətə, öz şəxsi keyfiyyətlərinə görə
ümid bəsləyənlər böyük uğur qazanırlar.
Hobbs ailəni “kiçik monarxiyanın ali hakimiyyəti-
ni özündə əks etdirən hər hansı dövlətin bir hissəsi hesab
edir. Hobbs ailə mənafeyi naminə ailə üzvlərinin birləşmiş
qüvvə şəklində həyatlarını xilas etmək üçün məqsədyönlü
mübarizə aparmaları zərurətini ön plana çəkirdi (179: 649).
Mişel Manten ailədə mənəvi
tərbiyəyə xüsusi diqqət
yetirərək göstərir ki, uşağın təkcə ruhunu deyil, onun bədə-
nini də bərkitmək lazımdır. Mişel Manten ailədə uşaqlarda
təvazökar, vicdanlı, ağıllı olmaq və s. müsbət mənəvi key-
fiyyətlərin tərbiyə olunmasını tövsiyə edir. Uşağı hər şeyə
öyrətməyi məsləhət görən filosof onu fiziki cəhətdən də
güclü bir gənc kimi yetişdirməyi məsləhət görür. M.Manten
zorakılığı qəti surətdə pisləyir: “Mən şərəf və azadlığa hör-
mət ruhunda böyüyən gəncin tərbiyəsi zamanı hər cür zo-
rakılığı mühakimə edirəm. Qəddarlıq və məcburiyyətdə bir
qul psixologiyası var. Hər şeyi gücün deyil, ağılın köməyi
ilə əldə etmək lazımdır”.
Mişel Manten xoşbəxt ailənin
əsas göstəriciləri kimi
əmin-amanlıq, qarşılıqlı güzəşt və xəyanətsiz birgə həyatı