Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə112/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   108   109   110   111   112   113   114   115   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
135
zində durur. Azərbaycanlılar öz həyatlarını ailədən kənarda 
təsəvvür edə bilmirlər. Ailə tərbiyə məktəbi olmaqla yanaşı, 
hər bir millətin mental əsasının qoruyucusu, gələcək nəsil-
lərə ötürücüsüdür (207: 23-24).
Bioloji-fizioloji inkişaf xüsusiyyətləri həm də xarici 
mühit faktorları ilə əlaqədar olduğu üçün isti iqlim şəraiti 
olan Azərbaycandan fərqli olaraq, soyuq iqlimli Skandina-
viya ölkələrində (Norveç, İsveç, Finlandiya) qızların nor-
mal uşaq doğmaq imkanı orta hesabla 16-18 yaşlarından 
başlayaraq yaranır. 
Bundan əlavə hazırki həyat tərzi (İnternet, informasi-
ya, kino, televiziya, yazılı ədəbiyyat, KİV və s.) gənclərin 
əvvəlki nəsillərə nisbətən daha tez (1-2 il) cinsi yetkinləş-
məsinə səbəb olur. Bu gün akselerasiya cinsi yetkinlikdən 
əlavə boyun, bədən çəkisinin dəyişməsinə də səbəb olmuş-
dur, bu isə mövcud həyat tərzi, yer kürəsində iqlimin də-
yişməsi, həyati aktivliyin artması, qidalanma xarakterinin 
dəyişməsi ilə izah olunur. Lakin yetişkənliyin tez başlaması 
heç də cinsi əlaqənin tez başlaması demək deyildir. Burada 
əhalinin savadlılıq, mədəni səviyyəsi əsas rol oynayır. 
Möhkəm, sağlam ailənin qurulması və ər-arvad arasın-
da uyğun münasibətlərin formalaşması, mükəmməlləşməsi, 
onların xasiyyət və hisslərinin cilalanması ilə əlaqədardır. 
Bu proses hər gün, hər saat, istirahət günsüz və məzuniy-
yətsiz olaraq davam edir, özü də ilk növbədə ər-arvaddan öz 
üzərlərində diqqətlə, əmək tələb edən incəliklə işləmələri 
tələb olunur.
Ailənin qurulmasına sərf olunan əmək yüz qat artıq mü-
kafatla – nikahda uyğunluq, uşaqların xöşbəxtliyi, mənəvi 
sakitliklə isinən qocalıq dövrü ilə geri qaytarılır. Xoşbəxt və 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
136
hərtərəfli ailə qurmaq hamıya müəssər olmur. Yalnız özünü 
sevən, qeyri-səmimi, yalançı, şıltaq, tənbəl şəxslər heç bir 
vaxt bu işin öhdəsindən gələ bilmirlər, amma xoşbəxtlik-
dən belələri o qədər də çox deyil. Azərbaycandakı insanla-
rın əksəriyyəti ailəcanlıdır və burada normal ailə qurmağı 
ürəkdən istəyənlər, lakin bunu necə etməyi bacarmayanlar 
vardır. Bu səbəbdən də, cəmiyyət üçün ailə münasibətləri-
nin çox böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, 
gənc ailələr və eləcə də çoxdan qurulmuş ailələrdə çox vaxt 
ailədaxili münasibətlər lazımi dərəcədə möhkəm və davam-
lı olmur.
Araşdırmalara görə cütlüklər açıq etiraf etməsələr də, 
boşanmaların böyük bir hissəsi (müxtəlif müəlliflərin mə-
lumatlarına görə üçdə bir hissədən yarısına qədəri) seksual 
uyğunsuzluq, ər-arvadın (ilk növbədə qadının) izdivacda 
cinsi əlaqədən razı qalmamaları, onun qaydaya salınmama-
sı səbəbindən baş verir. 
Mütəxəssislər belə hesab edirlər ki, insanın həyatı 4 
sahədə keçir: peşə əməyi, istirahət və əyləncə, izdivac və 
ailə, intim və ya cinsi əlaqə həyatı. Yaşdan və bir sıra başqa 
şərtlərdən asılı olaraq, bu sahələr bir-birindən fərqlənə 
bilərlər. Məsələn, gənc yaşlarında cinsi əlaqə sahəsinin nis-
bi çəkisi başqa sahələrə nisbətən 50 faiz və ya daha çox 
təşkil edirsə, yaşlılarda və qocalarda birinci yerə ikinci və 
üçüncü sahələr çıxa bilər. 
İntim əlaqə insan həyatının bütün sahələri ilə sıx əlaqə-
dar olub, onun iş qabiliyyətinə, istirahət və əyləncələri təş-
kil etməsinə və ən vacib cəhətə, ər-arvad münasibətlərinə, 
ailənin əxlaq iqliminə güclü təsir göstərir. Cinsi əlaqələrin 
nə məqsədlə edildiyini dəqiq müəyyən etmək mümkündür: 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin