Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 138 iddiasına görə buna səbəblər çoxdur. Bəzi hallarda bu ağır
xəstəlik keçirmənin nəticəsində, əksər hallarda isə adi sek-
soloji savadsızlıq, nikahda cinsi əlaqəni düzgün təşkil edə
bilməməyin nəticəsində olur. Ailədə seksual konfliktlərin
səbəblərini cinsi tərbiyənin düzgün verilməməsindən irəli
gələn seksoloji savadsızlıqda axtarmaq lazımdır.
Uzun müddət belə hesab edirdilər ki, insanları sevgi
sənətinə, məharətinə öyrətmək lazım deyil, təbiət özü hər
bir şəxsə nəsli davam etdirmək instinktini verməklə bu
məsələni həll etmişdir. Bu yanlış fikir birinci növbədə ailə-
dəki cinsi əlaqə məsələsində passiv rol oynayan qadına aid
idi. Bu fikir yəqin ki, qadının ailə qurmaq məsələsində heç
bir hüququ olmadığı, ondan gələcək ərini sevib-sevmədiyi
haqqında, heç soruşulmadığı dövrdə yaranmış ictimai mü-
nasibətlərin indiyə gəlib çatmış əks-sədasıdır.
Əlbəttə bu məsələlərdə yalnız qadınları günahkar hesab
etmək olmaz. Kişilərin də seksual tərbiyəsində çox çatış-
mazlıqlar vardır, lakin çox az kişi bilir ki, qadın cinsi əlaqə
məsələsində kişiyə nisbətən az tələbkardır və çox vaxt bu
əlaqəyə öz istəyi ilə deyil, yalnız kişinin təkidinə görə razı-
laşır. Həftələr, aylar və bəzən illər boyu qadınlar bu əlaqə-
nin psixofizioloji hissinə biganə qalır. Demək olar ki, özlə-
rini sevdikləri kişilərin arzusuna, hisslərinə qurban verir və
bunun qarşısında onlardan təbii olaraq özlərinə qarşı heç
olmazsa razılıq, diqqət və qayğı gözləyirlər (53: 27).
Tədqiqatçıların iddiasına görə kişilər çox vaxt onu da
bilmirlər ki, qadında cinsi əlaqəyə cazibənin, istəyin ya-
ranmasının müxtəlif “texniki üsullarından” deyil, kişinin
şəxsiyyətinə verilən qiymətdən asılıdır. Nikahda cinsi əlaqə
yalnız o zaman qarşılıqlı olur ki, ər-arvad müəyyən dərəcə-