Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 139 də yaxınlıq arzusuna düşürlər. Bəzən müəyyən bir vaxtda
ər-arvaddan birinin intim əlaqə arzusu, istəyi olmur (xəstə-
lik, yorğunluq, yuxu və s.), o birində olur. Bu zaman müqa-
bil tərəfə (arvada, ərə) qarşı mədəniyyətsizlik, kobudluq,
eqoizm, cinsi əlaqəyə (xüsusilə qadınlarda) uzunmüddətli
ikrah hissi, soyuqluq əmələ gələ bilər.
Tədqiqatçıların fikrincə, çox vaxt, hətta bir-birini
həqiqətən möhkəm sevən ər-arvadlar da cinsi əlaqə məsələ-
sində ümumi “dil” tapa bilmirlər. Qadının hisslərinə kişinin
diqqətsizliyi, qadının öz arzu və istəklərini deməyə utanma-
sı nəticəsində də konfliktlər yaranır.
Hər bir şəxsin xarici görünüşü müxtəlif olduğu kimi,
onun şəxsiyyəti, xasiyyəti və bir çox başqa xüsusiyyətləri
də müxtəlifdir. Ona görə də konfliktlər kimi, onları əmələ
gətirən səbəblər də müxtəlifdir.
Nikahda həmahəng cinsi əlaqə münasibətinin təşkil
edilməsi, şübhəsiz ki, ər-arvadın hər ikisinin sağlamlığına,
əhvali-ruhiyyəsinə müsbət təsir göstərməklə irsi olaraq qa-
zanılmış yüksək qıcıqlanmanı azaldır və ailədə mənəvi at-
mosferi yaxşılaşdırır (53 : 28).
İctimai və ailə həyatında baş vermiş bütün bu yenilik-
lərin müsbət cəhətləri ilə yanaşı, neqativ nəticələri də olur.
Müntəzəm və intensiv cinsi əlaqə, onun həyata keçiril-
məsində təkcə fiziki imkanlara deyil, eyni zamanda intim
əlaqənin estetik cəhətlərinə də xüsusi tələblər irəli sürür:
Cinsi əlaqə təkcə kişilərdə deyil, tərəflərin hər ikisində bu
əlaqədən razı qalmaq hissləri yaratmalıdır. Cinsi münasi-
bətlərin ritmi bir-birinə yenidən qovuşmaq arzusunu kütləş-
dirməməli, tərəflər (xüsusilə ər) cinsi əlaqədən sonra bir-bi-
rilərinə qarşı diqqətli olmalı, tam sevgi və məhəbbət hissləri
göstərməlidirlər (53: 29).