Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
151
Ailədaxili zorakılıq qapalı ailə sirri kimi ictimaiyyət-
dən gizlədilir. Ailə zorakılığına qarşı çıxan, öz ləyaqət və
şərəfinin müdafiəsinə qalxan qadınlar “ədəbsiz”, “həyasız”
hesab edilir. Zorakılığa dözümlülük qadının “yüksək mənə-
vi dəyəri” kimi qiymətləndirilir.
Ailə zorakılığına gətirib çıxaran
ailə münaqişələri-
nin bir çox səbəbləri vardır. Rus tədqiqatçısı A.İ.Koçetov
bunlardan yeddisini göstərir: 1) ər-arvad münasibətlərinin
etikasının pozulması (xəyanət, qısqanclıq); 2) bioloji uy-
ğunsuzluq; 3) ər və ya arvadın ətrafdakı insanlarla müna-
sibətinin düzgün qurulmaması; 4) maraq və təlabatların
uyğunsuzluğu; 5) uşağa münasibətdə pedaqoji mövqelərin
müxtəlifliyi; 6) ər və ya arvadda mənfi keyfiyyətlərin ol-
ması; 7) valideyn və uşaqlar arasında qarşılıqlı anlaşmanın
olmaması.
Azərbaycanlı tədqiqatçı alim R.Məmmədzadə ailə
zorakılığında ərlə arvad arasındakı konfliktin əsas rol oy-
nadığını və onun səbəblərini göstərir: 1) ərlə arvadın sek-
sual-psixi uyğunsuzluğu; 2) bir-birinin mənlik hisslərinə
hörmətsizlik; 3) müsbət emosiyalara olan tələbatın ödənil-
məməsi: diqqət, empatiya, yumşaq münasibət və s.; 4) ər və
ya arvadın öz tələbatlarının ödənilməsinə daha çox tələbkar
olması; 5) ailə təsərrüfatı, uşaqların tərbiyəsi və s. münasi-
bətlərdə anlaşılmazlıq (117: 51).
Kişi ailədə qadının “ləyaqətsiz”
əməlinə görə özünü
hakim, hətta cəllad kimi apararaq ölümlə nəticələnən zo-
rakılığa əl atır. Öz ərinin həddini aşan zorakılığına, əxlaq-
sızlığına göz yuman qadınlar daha “ləyaqətli” hesab edilir.
Möhkəm tarixi kökləri olan ailə-məişət zorakılığına
qarşı “keçmiş adət-ənənələrin bərpası” kimi yanaşılmasını