Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə121/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   117   118   119   120   121   122   123   124   ...   149
Etika və gender

 3.2. Ailədə zorakılıq problemi
Bəşəriyyət tarixində zorakılıq müxtəlif şəkillərdə tə-
zahür etmişdir. Zorakılıq qlobal və cəmiyyət miqyasında, 
habelə fərdi formada, ailədə də baş verə bilər. 
Marianne Vinters 1998-ci ildə nəşr etdirdiyi “Özümüz 
haqqında əsas məsələlər” kitabında bütün dünyada zorakı-
lığın mövcud olduğunu və bunun hər yerdə bu və ya digər 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
148
şəkildə gizlədildiyini belə qeyd edir:
* FBİ-nin məlumatına görə 1990-cı ildə Amerikada - 
102.555 qadın zorlama qurbanı olub;
* təxminən 50% qadın və uşaq öz evlərində zorakılığa 
məruz qaldıqlarına görə küçədə qalmağa məcbur olub;
* dövlətdən humanitar yardım alan qadınların 2/3-si öz 
yaxın partnyorları tərəfindən zorlanmışdır (379).
Vyana Bəyannaməsi və Proqram Aksiyası qadına qarşı 
zorakılığı insanlığa qarşı yönəldilmiş zorakılıq adlandır-
mışdır. O cümlədən, Pekin fəaliyyət Platforması qadınla-
ra qarşı zorakılığı bərabərlik, inkişaf və sülh məqsədlərinə 
nail olma yolunda məneələrdən biri hesab edir.
Əksəriyətinin əhalinin ən incə, həssas, kövrək hissəsini 
təşkil edən qadınlara qarşı törədilən zorakılıq əslində, qadın 
və kişilər arasında tarixən yaranmış ədalətsiz münasibətin 
təzahürüdür. Qadın şəxsiyyətinə mənəvi, fiziki, seksual, 
fərdi və cəmiyyət tərəfindən edilən hər cür zorakılıq forma-
ları qeyri-bəşəri, vəhşi hərəkətlər kimi pislənmişdir. 
XX əsrin sonu XXI əsrin əvvəllərində dünyada baş 
verən təlatümlü hadisələr insanların psixi vəziyyətinə
əsəblərinə, iradələrinə mənfi təsir göstərərək onlarda dö-
zümsüzlüyün, nevrozun yaranmasına səbəb olur ki, bu da 
nəticədə sakitlikdən əsəbi şəraitə, mülayimlikdən aqressiv 
davranışlara gətirib çıxarır. 
Ümumiyyətlə, elmi ədəbiyyatda qadınlara qarşı zora-
kılıq aşağıdakı kimi qruplaşdırılır: fiziki zorakılıq, iqtisadi 
zorakılıq, seksual zorakılıq, psixoloji zorakılıq və cinsi zo-
rakılıq.
BMT-nin 1993-cü ildə qəbul etdiyi “Qadınlara qarşı 
hər cür zorakılığın aradan qaldırılması”na dair Bəyannamə-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin