Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
158
obyektlərin sındırılıb-dağılması, ev heyvanlarına ziyan ver-
mək də daxil edilir. Döyülmə qəddarcasına, tez-tez, təsa-
düfdən-təsadüfə də ola bilər.
Bura sillələmək, yumruqla-
maq, təpikləmək, əldən düşənə qədər döymək və obyektlərə
zərbə endirmək formaları daxildir. Döymək ölümlə və ya
zorlama ilə də bitə bilər. Döyülmə ilk görüş vaxtından baş-
layıb yaşlı vaxtlara qədər davam edə bilər. Vaxt keçdikcə
döyülmələrin intensivliyi artır və forması qəddarlaşır.
Ailədə baş verən zorakılığa son qoymaq çox çətindir,
çünki bunu
törədənlər yad adamlar deyil, həyat yoldaşı
kimi yaxın və intim münasibəti olan insanlardır, ovladla-
rının atalarıdır. Bu insanlara qadınlar güclü hisslərlə, lo-
yallıqla bağlıdırlar. Qadınları evdə saxlayan təkcə onların
kişilərdən asılı olmaları deyil, onlar ümid edirlər ki, bəlkə
gələcəkdə zorakı əxlaq dəyişə bilər.
Döyülən ona görə evdə, ailədə qalmır ki, o döyülmək-
dən ləzzət alır. Döyülən qadınlar sadəcə düşünürlər ki, ev-
dən getsələr uşaqlarını saxlaya bilməzlər.
Bəzi ölkələrdə
doyülməyə məruz qalanlar üçün sığınacaqlar (şelterlər)
mövcuddur, amma qadınların çoxunun ya bundan xəbərlə-
ri yoxdur, ya da bu müvəqqəti şelterlərə getmək istəmirlər.
Çətin vəziyyətə dözüb qalanlar isə mənəvi cəhətdən sarsı-
lırlar və sarsıntıdan yaxa qurtara bilmirlər.
Ailə zorakılığının uşaqlara mənfi təsiri olur. Analarının
təhqir olunub döyülmələrini görməyən, amma onların qiy-
yə çəkib ağlamaqlarını, onlara edilən hədə-qorxunu, yum-
ruq zərbələrinin səsləri, lənətləmələri, nəlayiq söyüşləri
eşidən uşaqlara bunlar çox pis təsir edir ki, bu da psixoloji
zorakılığın ən ağır növüdür.
Ailə zorakılığı şəraitində
böyüyən uşaqlar daha çox
sarsılırlar. Döyülən valideynlərin uşaqları elə bil özləri