Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 162 ni tapmışdır. BMT-nin yuxarıda adı çəkilən qətnaməsinin
müddəti dünya ictimaiyyəti tərəfindən dəstəklənərək 1996,
1997, 1998 və 1999-cu illərə qədər uzadıldı. Buna baxma-
yaraq, məsələ hələ də açıq qalır. Həmin məsələ 1998-ci ildə
Bakı (may ayında) və Yalta (sentyabr ayında) şəhərlərində
keçirilmiş İnsan hüquqlarının müdafiəsi ilə bağlı konfrans-
larda yenidən qaldırılmışdır. 1999-cu ilin iyun ayında isə
məsələnin müzakirəsi ilə əlaqədar Azərbaycan nümayən-
dəsi Z.Salahova Cenevrə ofisində insan hüquqları üzrə Ali
Komissarlığa dəvət olunmuşdur.
Hərbi münaqişələr zamanı qadınların hüquqları, müha-
ribə vaxtı mülki əhalinin qorunması haqqında 1949-cu ilin
Cenevrə Konvensiyası və ona əlavə olunmuş protokollar-
da təmin olunur. Həmin protokollarda deyilir ki, qadınlar
onların namusunun tapdalanmasına və şəxsiyyətinin təhqir
edilməsinə yönəlmiş hər cür təcavüzdən, o cümlədən zor-
lanmadan, fahişəliyə məcbur edilmədən, əxlaqlarına zidd
digər fəaliyyət formalarından qorunmalıdırlar. Lakin son
onlilliyin gerçəklikləri ölkələrin bir çoxunun beynəlxalq
hüquq normalarına əməl etmədiklərini göstərir. Deyilənlər
Azərbaycanda həyata keçirdikləri hərbi əməliyyatlar zama-
nı dinc əhaliyə qarşı bütün yolverilməz zorakılıq metodla-
rından istifadə edən təcavüzkar Ermənistana da aiddir.
BMT “Zorakiliqla mübarizə və sabit sülh quruculuğu
üçün qadınların rolunun gücləndirilməsi üzrə əməkdaşlıq
sistemi” adlı uzunmüddətli proqramın həyata keçirilməsinə
kömək göstərəcəyinə razılıq verdi. Göstərilən əməkdaşlıq
proqramının məqsədləri bunlardır: hərbi konfliktlərin qar-
şısının alınmasında və regionda sülhün bərqərar olunması
prosesində qadınların rolunun möhkəmləndirilməsi, qadın-