Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə133/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   129   130   131   132   133   134   135   136   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
163
lara qarşı zorakılığın qarşısının alınması və ləğv olunması 
üçün tədbirlərin hazırlanması, qadınların və o cümlədən 
qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunma-
sı (5: 59-60).
Azərbaycanın görkəmli filosofu R.Əzimova hərbi konf-
liktləri beynəlxalq qadağan mexanizmi ilə aradan götürülə 
bilən zorakılıq forması kimi səciyyələndirərək aşağıdakıları 
tövsiyə edir:
1) qadınların öz siyasi liderləri qarşısında əsasında 
qonşulardan torpaq iddiası duran hərbi münaqişələrin ləğv 
olunması tələbi qoymağa mənəvi haqqları var; 
2) qonşu əraziləri işğal etmək məqsədi ilə başlanan 
hərbi münaqişələr beynəlxalq birlik tərəfindən operativ da-
yandırılmalıdır; 
3) biz tələb edirik ki, beynəlxalq birlik tərəfindən 
təcavüzkarlığa başlamış ölkələrə siyasi və iqtisadi sanksi-
ya sistemi işlənib hazırlansın və bu sistem səmərəli işlək 
mexanizmə çevrilsin; 
4) XXI əsrdə təcavüzlə bağlı heç bir ən yüksək siyasi 
motivə belə haqq qazandırılmasın, çünki bu, Yerin Həyatı 
Enerjisinin məhvinə yönəlib (62: 26-27).
Betti A.Reardon müharibələr zamanı qadınların, hətta 
kişilərin də ən iyrənc zorakılığa məruz qaldığını qeyd edir: 
zorlama müharibənin müntəzəm strategiyasına, düşmənin 
mənəvi alçaldılması və qarşı tərəf kimi çıxış edən kişilə-
rin rüsvay edilməsi vasitəsinə çevrilmişdir... Qadınlar bir 
əmtəə vasitəsi, kişilərin malı, yaxud da zorlamanın üstün-
lük təşkil edən qüvvələrə bir mükafat kimi verildiyi müha-
ribə qəniməti hesab edilir. Zorlama hadisəsi çox zaman zo-
rakılığa məruz qalmış qadından daha çox müəyyən icmaya 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
164
və kişi qohumlara qarşı törədilmiş bir cinayət kimi nəzərdə 
tutulur (40).
İşgəncə altında olan qadınlar çox zaman təbiət etibarilə 
seksual səciyyə daşıyan dəhşətli ağrı və xəsarətə, kişilər də 
həmçinin seksual zorakılığa məruz qalırlar. Həmin proses-
də onların psixoloji, bu da olmasa fiziki cəhətdən kişilikləri 
əllərindən alınır, yaxud da onlar qadın simasına salınırlar, 
yəni seksual baxımdan kölə vəziyyətində olan qadın rolu-
nun ifaçıları vəziyyətinə salınırlar. Bu kimi ləyaqəti alçaldan 
gerçəkliklərin göstərilməsi vacibdir, çünki onlar müharibə 
zamanı zorlama təqsirinin və seksual əsarətin olması faktını 
nəzərə almağa kömək edir. Qadına nifrət ruhunda köklən-
miş cinayətkarlıq bu kimi vəhşiliklərə əsas insani ləyaqət və 
şərəfin pozulması halları kimi yox, qadınlara müharibələrin 
aparılması üçün zəruri hesab edilən vasitələr kimi istifadə 
olunmaq və hərbi məqsədlərlə güclə götürülmək üçün sek-
sual xidmətlərin sosial baxımdan asılı təminatçıları şəklində 
başlıca tətbiq mənbələri kimi baxırlar.
Zorakılığın ən yayılmış forması ailə-məişət zorakılığı-
dır. Məişət zorakılığı gözə çarpmayan, çox vaxt gizlədilən, 
hətta onun qurbanı olan olan şəxsiyyət tərəfindən törə-
dilən ailədaxili iyrənc əməllərdəndir. Qadınlara münasi-
bətdə, məişətdə zorakılıq faktlarını aşkara çıxarmaq üçün 
respublikada 19-60 yaşlı qadınlar arasında xüsusi tədqiqat 
aparılmışdır. Sorğu 850 nəfər insan arasında aparılmışdır. 
Respondentlərin 37 %-i zorakılıq faktlarını qeyd etmişlər. 
“Zorakılığa tez-tezmi məruz qalırsan?” sualına, 8.3 % “tez-
tez”, 37 %-i “bəzən” cavablarını vermiş, 18.7 %-i cavab 
verməyə çətinlik çəkmiş, 36 % isə sualı cavabsız qoymuş-
dur. Çox güman ki, suala cavab verməyənlər qorxduqlarına 
görə zorakılıq faktlarını gizlətmişlər.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin