Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə131/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   127   128   129   130   131   132   133   134   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
160
zorakılığa məruz qalmamaq üçün məsləhətlər verilir, onlar 
üçün proqramlar tədris olunur.
Yaşlı nəslin qadınlarından da zorakılıq problemi yan 
keçmir. Yəni, kiçik nəslin qız nümayəndələri kimi yaşlı 
nəslin qadınları da zorakılığa az davamlıdırlar.
Yeniyetmə, az yaşlı uşaqların zorakılıqdan müdafiə 
proqramları nə qədər mühümdürsə, yaşlı qadınlar üçün bu 
o qədər zəruridir. Qocalar gündəlik qayğı ilə təmin olunma-
lıdırlar və çox zaman elə bu zərurətdən də verbal zorakılığa 
tez-tez məruz qalırlar. Onlar qocalar evinə atılmaq qorxusu 
ucbatından dözməyə üstünlük verirlər. Bu zorakılığı törə-
dən həyat yoldaşıdırsa, onlar bu şəkildə uzun müddət bir 
yerdə yaşamağa vərdiş etdikləri üçün ayrılmaq istəmirlər və 
əlaqələrinə son qoymurlar. Əgər zorakılığı törədən onların 
böyük övladlarıdırsa onlar polis çağırmağı heç ağıllarına 
belə gətirmirlər və belə şəraitə dözürlər. 
Qadın fəalları zorakılığa dözümlü qadınların müda-
fiəsini daha qabarıq şəkildə ön plana çəkirlər. Kiçik yaşlı 
uşaqların müdafiəsinə şamil olan qanunlar çox vaxt qismən 
formasını dəyişərək yaşlılara da tətbiq edilir. Bu qaydalar 
tətbiq edilərkən zorakılıq qurbanlarının özəlliyi və konfi-
densiallığı qorunmalıdır. Yaşlı qadınların da zorakılıqdan 
müdafiə üçün xüsusi maariflənmələrinə ehtiyac var və bu-
nun yolları onlar üçün açıqlanmalıdır. 
Bu gün döyülən qadınların çoxu zorakılıq törədən ki-
şiləri tərk edirlər və yeni həyata başlayırlar. Əlbəttə insan 
təcavüzkarlığının müəyyən bioloji təməli var, lakin bu tə-
cavüzkarlığın başlıca cəhətləri fərdi təcrübədə formalaşır. 
Bu o deməkdir ki, təcavüzkarlığa alışmaq mümkündür, o da 
mədəniyyət amilindən asılıdır. 


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
161
İnsan təcavüzkarlığının mənəvi baxımdan qanuniləş-
miş növü olan müharibə və hərbi münaqişələrdə, bir qay-
da olaraq, zorakılıqdan hərbi taktika kimi istifadə edilir və 
onun ən iyrənc formalarını nümayiş etdirilir. Zorakılıqdan 
dinc əhalinin məhvi kimi istifadə olunur, hələ lap qədimlər-
dən bunu ən çox yaşlılar, qadınlar və uşaqlar, o cümlədən 
də yetkinlik yaşına çatmamış qızlar hiss edirdilər. 
Hərbi münaqişə zonalarında olan qadınlara qarşı törə-
dilən zorakılıq aktları, o cümlədən sistematik zorlama, gi-
rov götürmə, cinsi əsarət və məcburi hamiləlik halları qa-
dının bir insan kimi hüquqlarının pozulması, bir şəxsiyyət 
kimi ləyaqətinin tapdalanmasıdır. Hərbi münaqişə zonala-
rında yaşayan dinc əhali arasında kişilər də, qadınlar da, 
uşaqlar da girov ola bilərlər. Azərbaycan da belə ölkələr-
dəndir. Hərbi əsirlər və girovlar üzrə komissiyanın verdiyi 
son məlumata görə, hal-hazırda erməni tərəfində Azərbay-
can vətəndaşı olan 335 qadın və 71 uşaq girov saxlanılır, 
lakin reallıqda bu rəqəm daha böyükdür. Təkcə Xocalıda 
dinc əhaliyə qarşı törədilən soyqrım buna ən bariz misaldır.
Onların axtarışına, müəyyənləşdirilməsinə və qayta-
rılmasına yönəldilmiş fəal işlərə baxmayaraq, bu sahə-
də çox az irəliləyiş əldə olunmuşdur. BMT-nin qadınların 
statusu üzrə Komissiyasının 39-cu sessiyasında Azərbay-
canın təşəbbüsü ilə “Hərbi münaqişə zonalarında girov 
götürülmüş qadın və uşaqların azad edilməsi haqqında 
qətnamə”nin qəbul edilməsinə nail olunmuşdur. Bunun da-
vamı olaraq, IV Ümumdünya Qadınlar Konfransının əsas 
sənədi olan Pekin Fəaliyyət Platformasında da Azərbayca-
nın təşəbbüsü ilə qadınların girov götürülməsi zorakılığın 
bir nöcü kimi qiymətləndirilərək 116-cı bənddə öz əksi-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin