Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə128/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   124   125   126   127   128   129   130   131   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
156
kı məmur öz müştərisi ilə, həkim xəstəsi ilə, polis öz işçisi 
olan qadınla, müəllim tələbəsi ilə seksual təngəgətirməyə 
yol verə bilər. Bu kimi təngəgətirmələr, iş yerində seksual 
təngəgətirmə törədən şef, supervizor, müştəri və s. ola bilər. 
M.Vintersin qeyd etdiyi kimi, aparılan tədqiqatlara görə 
qadınların 50 %-80 %-i ya təhsil zamanı, ya da iş vaxtı sek-
sual təngəgətirmələrə məruz qalırlar. Buna etiraz edərkən, 
bir sıra çətinliklərlə üz-üzə gəlirlər. Ümumiyyətlə, seksual 
təngəgətirmə kişilərə qadınları nəzarət altında saxlamağa 
imkanlar açır. Çox vaxt seksual təngəgətirmək istəyi olan 
kişiyə etinasızlıq, rədd cavabı qadın-qızın öz işini tərk et-
məsi ilə nəticələnir.
Bəzi iş yerlərində, xüsusilə də məktəblərdə seksual tən-
gəgətirmə halları ciddi nəzarətə alınmışdır. Belə narahatçılıq 
qadınların səhhətlərinə pis təsir edə bilər, baş ağrısı, sinirlən-
mə və s. törədə bilər. Bəzən qadınlar öz hərəkət və davranış-
larında, danışıqlarında inamsız olurlar. Hər şeydə özünü qı-
namağa alışan qadınlar belə məsələlərdə də diqqətli olmağa 
çalışır, nəyə “hə”, nəyə “yox” deməyə tərəddüd edirlər. 
M.Vinters seksual təngəgətirmənin müxtəlif formaları-
nı göstərmişdir. O qadının seçdiyi strategiyanın bir çox fak-
torlardan asılı olduğunu bildirir və onlara müraciət edərək 
deyir: Sən nə dərəcədə işini itirməyə hazırsan, iş yoldaşla-
rın səni nə dərəcədə dəstəkləyə bilər, ailən səni nə dərəcədə 
müdafiə edə bilər və s. (329).
Betti A.Reardon zorakılıq və gender ədalətsizliyinin 
qarşılıqlı əlaqədə olduğunu qeyd etməklə zorakılığın 4 mü-
hüm və başlıca qlobal problemlərini əhatə edən əsas forma-
ları ilə qadın münasibətlərinin bəzi xüsusiyyətlərini açıqla-
yır. Bu qlobal problemlərə ətraf mühitin korlanmasını, aclıq 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin