Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 152 və qadınların bir hissəsinin də bunu qəbul etməsini cəmiy-
yətdə mənəvi inkişafa zərbə kimi qiymətləndirmək olar.
E.Süleymanovanın rəhbərliyi altında iş yerlərində, cə-
miyyətdə və ailədə qadının zorakılığa və ədalətsizliyə məruz
qaldığını aşkarlamaq üçün 1500 ailədə sorğu keçirilmişdir.
Sorğuda iştirak edən qadınların yarısından çoxu evdə fiziki
təzyiq, kobud rəftar, təhqir, şəxsiyyətlərinin, ləyaqətlərinin
alçaldılması ilə üzləşdiyini söyləmişlər. E.Süleymanova
bu sahədə qadına qarşı fiziki, psixoloji, seksual zorakılığı
aradan qaldırmaq üçün bir çox ölkələrdə olduğu kimi res-
publikamızda da ailədə və cəmiyyətdə qadın hüquqlarını
müdafiə edən gender bərabərliyinə yönəlmiş qətnamə və
qanunlar qəbul olunmasını təklif etmişdir.
E.Süleymanova əksər hallarda ailələrdə qadınların
maddi, mənəvi, psixoloji baxımdan zorakılığa məruz qal-
dığını, bununla yanaşı, bəzi ailələrdə kişilərin də belə təz-
yiqlərə məruz qaldıqlarını qeyd edir, belə hallarda qadın-
ların ədalətli və təmkinli olmalarını tövsiyə edir (33: 103-
104). Cəmiyyətdə qadınlara qarşı yüzlərlə cinayət törədilir:
zorlama, sui-qəsd cəhdi, cana qəsd, qəsdən öldürmə, sağ-
lamlığa ağır zərbə vurma və s. hallar qeydə alınmışdır.
Çox təəssüf ki, yoxsulluq ucbatından miqrantlıq həyatı-
na məhkum olan bəzi Azərbaycan qadınları xarici ölkələrdə
fahişəliyə, narkotik maddələr yaydığına görə həbs olunmuş,
bəziləri yoluxucu xəstəliklər yaydıqlarına görə xəstəxana-
lara göndərilmişdir. Cəmiyyətin mənəvi inkişafına əngəl
törədən problemlərdən biri fahişəlik, əxlaqsızlıqdır. Fa-
hişəlik qanunla təqib edilməsə də, bardellər saxlamaq, qız
və qadınları müəyyən vasitələrlə ələ alıb, cinsi istismarın
təşkilində iştirak etmək cinayət hesab olunur və AR CM-