Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə120/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   116   117   118   119   120   121   122   123   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
146
2) möhkəm, sağlam, mehriban ailəyə malik olmağa cəhdin, 
bir neçə uşağa malik olmaq tələbatının, onların tərbiyəsinə 
şüurlu münasibət bəsləməyə qabil olmağın tərbiyə edil-
məsi; 3) digər insanlara hörmət hissinin tərbiyə edilməsi, 
müəyyən cinsdən olan insanların spesifik xüsusiyyətləri və 
maraqlarına hörmət edilməsi; 4) öz davranışlarını müəyyən 
cinsin nümayəndələrinə münasibətdə qiymətləndirməyə 
cəhd və qabiliyyəti tərbiyə etmək; 5) öz sağlamlığına və 
digər cinsin sağlamlığına məsuliyyətli münasibətin tər-
biyə edilməsi, vaxtsız cinsi əlaqəyə və məsuliyyətsizliyə 
yol verilməməsi; 6) kişi və qadın qarşılıqlı münasibətlə-
rində mənfi, istehlakçı, eqoist münasibətlərin aradan qal-
dırılması; 7) yetkinliyin düzgün anlaşılmasının tərbiyə 
edilməsi.
D.V.Kolesov cinsi tərbiyənin məzmununun onun məq-
səd və vəzifələri ilə müəyyən edildiyini, buna uyğun ola-
raq cinsi tərbiyənin əsas aspektlərini təşkil edən müəyyən 
məsələləri qeyd etmişdir:
• uşağın cinsi mənsubiyyəti və onun özü və cəmiyyət 
üçün əhəmiyyəti ilə əlaqəli məsələlər;
• ailə və ailədaxili münasibət məsələləri, onların 
uşaq, doğmaları və bütün cəmiyyət üçün əhəmiy-
yəti;
• uşağın dünyaya gəlməsi və nəsillərin varisliyi 
məsələsi;
• cinsi əxlaq məsələsi;
• cinsi gigiyena məsələsi (202: 98-99).
Cinsi tərbiyədə məktəb, ailə və cəmiyyətin səyləri 
birləşdirilməlidir. Cinsi tərbiyə mənəvi tərbiyənin ümumi 
sistemindən ayrı olmamalıdır. Cinsi tərbiyə həyata keçi-


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
147
rilərkən uşaqların yaş, cinsi-fərdi xüsusiyyətləri, xeyirxah-
lıq, anlaşıqlıq, hörmət və tələbkarlıq əsasında nəzərə alın-
malıdır. 
Müasir dövrdə gənclərin cinsi tərbiyəsinə zərurət artıb. 
ABŞ tədqiqatçıları bu gün gənclərin kütləvi şəkildə QİÇS 
xəstəliyinə düçar olmalarının, dünyanı epidemiya kimi bü-
rümüş azyaşlıların hamiləliyinin səbəbini cinsi tərbiyəsinin 
çatışmamasında görürlər. Cinsi tərbiyə ilk növbədə ailə-
dən-evdən başlamalıdır. 
Cinsi və əxlaqi tərbiyə vəhdət təşkil edir. Əgər vali-
deyn-övlad ünsiyyəti olmasa, uşaq öz valideynlərindən 
cinsi və əxlaqi mövzuda təlimatlar almasa, bu onların vax-
tından əvvəl cinsi fəaliyyətə başlamalarına səbəb ola bilər. 
Amerika tədqiqatçısı C.Cordonun fikrincə bu işi düz-
gün quran valideynlərin uşaqları daha sağlam seksual fəa-
liyyətdə olur, seksual məsuliyyəti daha yaxşı dərk edirlər. 
Bu işi etməyən valideynlərin uşaqları isə daha çox əziyyət 
çəkirlər. 
Amerikada “Sadəcə yox de” proqramları mövcuddur 
ki, bu proqramda yeniyetmələrə seksdən vaz keçməyin yol-
ları öyrədilir.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin