Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 165 Qadınların məruz qaldığı zorakılıq cürbəcür təzahür
formalarından (fiziki, mənəvi, seksual) başqa, onların fəa-
liyyət göstərdikləri yerlə də bağlıdır. Qadınların 32 %-i do-
ğulduğu ailədə, 58 %-i ərinin ailəsində, 10 %-i isə ictimai
yerlərdə (işdə, küçədə) zorakılığa məruz qalmışdır. Zora-
kılığın bu növləri arasındakı sərhədlər qeyri-müəyyəndir.
Belə ki, bəzi hallarda təhqirlərə və döyülməyə eyni vaxt-
da məruz qala bildiyindən zorakılığın ayrı-ayrı formalarını
fərqləndirmək çətindir. Bundan başqa, qadın bəzən doğul-
duğu ailədə (atası, anası, qardaşı tərəfindən), çox vaxt da
ərinin ailəsində zorakılığın qurbanı olur (95: 6).
Nə qadının yaşı, nə onun təhsilinin, nə də sosial sta-
tusunun səviyyəsi qadın üzərində zorakılıq hərəkətlərinin
törədilməsinə elə bir təsir göstərmir. Düzdür, yüksək təh-
silli qadınlar zorakılığa məruz qaldıqları zaman dözümsüz-
lük nümayiş etdirirlər, təəssüf ki, bu hər zaman belə olmur.
Lakin zorakılıq ailənin maddi vəziyyəti ilə müəyyən qədər
bağlıdır. Törədilmiş zorakılıq aktlarının 44 %-i gəliri az olan
ailələrin payına düşür. Zorakılığa məruz qalmış respondent-
lərin 75 %-i pulsuzluğu özlərinin ailə problemi hesab edir.
Əldə olunan məlumatlar məişət zorakılığının geniş
yayıldığını göstərir. Bu da öz növbəsində ailədaxili müna-
sibətlərdəki gərginliyin göstəricisidir. Bir tərəfdən, qorxu
hissi həyat perspektivlərinin məhdudlaşmasına səbəb olur,
qadınların bərabərlik və inkişaf cəhdlərinin qarşısını alır,
digər tərəfdən isə, davranışın neqativ sosial streotiplərinin
formalaşdırılması uşaqların tərbiyəsi üçün normal şərait ya-
radılmasına mane olur. Zorakılığa məruz qalmış qadınların
yalnız 7 %-i zorakılığı həyatlarını ağırlaşdıran amil kimi
dərk edir. Bu, zorakılığın həm gündəlik, həm də adi bir hala