Şirkətin təklif etdiyi dəyər nədir? Hansı məhsul və yaxud xidmətlər təklif olunacaq? Təklif olunan biznes modeli nədir (B2B və yaxud B2C və yaxud digər biznes modellərdən biri)?
Hansı ölkələr hədəf bazar olaraq nəzərdə tutulub? Səbəb? İxracat nəzərdə tutulan ölkədə təklif olunacaq məhsul və yaxud xidmət bazarının detaylı analizi.
Hansı beynəlxalq ticarət nəzəriyyəsinə əsaslanaraq müəyyən etdiyiniz məhsul və yaxud xidmətin ixracatını təklif edirsiniz?
Sizin təklif etdiyiniz məhsullar üçün yerli ölkənin təşviqləri nələrdir? Xarici bazarlardakı əngəllər nələrdir?
Hədəf bazarlara məhsul və yaxud xidmətin ixracı üçün hansı standartlaşma prosedurlarına ehtiyac vardır?
E-ixracat platforması / məhsul və yaxud xidmət üçün beynəlxalq marketinq strategiyası
Hansı ticarət şərtləri ilə məhsulun (əgər fiziki məhsuldursa) xarici ticarəti nəzərdə tutulur? Ən azından bir məhsul ilə bağlı nəzərdə tutulan ticarət şərtinə uyğun qiymət müəyyənləşdirin.
Beynəlxalq ticarət nədir?
Beynəlxalq ticarət (international trade) həmçinin iqtisad elminin bir sahəsi olmaqla, beynəlxalq maliyyə (international finance) ilə birlikdə beynəlxalq iqtisad (international economics) adlı daha geniş sahəni formalaşdırır.
Beynəlxalq ticarət (international trade) əmtəə və xidmətlərin beynəlxalq sərhəddləri keçməklə mübadiləsidir.