Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
133
məməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara
hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldı-
rıb, özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq
etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alın-
malıdır. İstər yalandan, istər doğrudan and içməyə yol ver-
məməlidir.
Ata, ana, müəllimə itaət etməyi, onlara həmişə böyük
və hörmət gözü ilə baxmağı təlqin etmək,... bu qanun əsa-
sında tərbiyə etmək fəzilətlərə məhəbbət, rəzilətlərə nifrət
yaradan, nəfsi şöhrət və ləzzətdən mühafizə edər, tərəqqinin
ən yüksək pilləsinə qalxmağa səbəb olar. Sonra ona gözəl
yaşamaq, hal əhli olmaq, səmərəli əylənmək, az düşmən qa-
zanmaq, çox dost əldə etmək, kəramətli və fəzilətli adam-
larla oturub-durmağı öyrətmək, elm dalınca getsə... əvvəlcə
tədricən əxlaq dərsi vermək, sonra isə hikmət nəzəriyyəsinə
keçmək, uşaqlıq dövrü keçdikdə adamların nə üçün və necə
yaşadıqlarını başa düşdükdə ona sərvətin, torpağın, mülkün,
mal-dövlətin insan səhhəti və xoş güzəran üçün olduğunu
anlatmalı, sağlamlığını qorumağı, bədəni ləzzətlərə, nəfsi
əziyyətlərə qatmamağı məsləhət görmək lazımdır.
Oğlanları böyütmək qaydası belədir.
Qızlara evdarlıq, yaşınmaq, vüqarlı olmaq, iffət, həya,
qadınlar haqqında dediyimiz başqa xüsusiyyətlər öyrədilmə-
lidir. Qadınlar üçün gözəl hesab edilən sənətlər öyrədilməli,
həddi-buluğa çatanda öz babına ərə verilməlidir (152: 152).
Böyük mütəfəkkirin bu təlimi uzun əsrlər boyu Şərq və
Azərbaycan ailələrinin mənəvi tərbiyəsində mühüm rol oy-
namışdır, bu səbəbdən də aktuallığını itirməmişdir.
Müasir Azərbaycan ailəsində mənəvi-əxlaqi tərbiyə
məsələsi ön plana keçib, ailə hüquqi və əxlaqi normalar,
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
134
ictimai qınaq və məzəmmət vasitəsilə, eləcə də rəsmi dövlət
sənədləri ilə tənzimlənir.
Hazırkı keçid dövründə Azərbaycan ailələrində mənəvi
tərbiyə məsələsi kəskinliyi və aktuallığı ilə fərqlənir. Qadı-
nın kişidən mənəvi asılılığı azərbaycanlı ailələrini yeni-ye-
ni problemlərlə üzləşdirir.
Qeyd etdiyimiz kimi, ailənin mənəvi tərbiyəsində milli
mentalitet amili mühüm rol oynayır. Keçid dövründə mil-
li mentalitetdə, ailə üzvlərinin mənəvi- əxlaqi davranış və
normalarında da ciddi dəyişikliklər baş verməkdədir.
Azərbaycan xalqının milli mentalitetində üç: Sovel me-
yilli, Qərb meylli və Şərq meyilli istiqamətlərin mövcudlu-
ğu, əksər hallarda bu üç meylin özünəməxsus birləşməsinə
təsadüf olunduğu göstərilir (61: 72).
Ailənin mənəvi tərbiyəsi müstəqil Azərbaycan Respub-
likasında mərkəzi yer tutur. Ölkənin və millətin gələcəyinin
ailələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsindən ası-
lı olduğu ən ümdə vəzifələrdən biri hesab edilir. Mərhum
prezident H.Əliyev Azərbaycan xalqının milli mentalitetinə
xas olan milli-mənəvi dəyərlərə xüsusi əhəmiyyət verir, öz
çıxışlarında onları yüksək dəyərləndirirdi. O qeyd edirdi ki,
bütün ənənələrdən bizi daha çox yüksək mənəvilik sevin-
dirir, xalqımız əsrlər boyu öz mənəvi dəyərlərinə sadiq ol-
muşdur. Bizim mənəvi dəyərlərimiz safdır. Bu dəyərlər in-
sanlarda həmişə sadəlik, xeyirxahlıq və yüksək keyfiyyətlər
tərbiyə etmişdir. Buna görə də biz xalqımızın milli-mənəvi
dəyərləri ilə fəxr edə bilərik. Bu gün biz xöşbəxtik ki, əc-
dadlarımızdan bizə gəlib çatmış bu mənəvi dəyərlər yenidən
dirçəlir, gənc nəslə çatdırılır və gələcək nəsillərə ötürülür.
Keçid dövründə ailələrin mənəvi tərbiyəsində iqtisadi
stabillik, maddi və mənəvi çətinliklər amili diqqət mərkə-
|