Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 125 İslamda qadınla kişi münasibətlərində zahiri və mənəvi
paklığın vəhdətinə də diqqət yetirilir. İslam dünyasında, o
cümlədən də Azərbaycanda ailə mühiti məhəbbət və pak-
lıq ocağı hesab edilir. Belə ailələrdə ər-arvad arasındakı
məhəbbət, qarşılıqlı hörmət və ehtiram, müqəddəs dost-
luq hissləri bütün ailə üzvlərinə sirayət edir, ailədə şadlıq,
sevinc, sağlamlıq və inkişaf hökm sürür. Bu cür ailələrdə
böyüyən övladlar səmimi, mehriban, yüksək mənəviyyatlı,
cəmiyyətdə hörmətə layiq yer tutan ləyaqətli şəxsiyyətlər
olurlar. Əksinə, mənəviyyatsızlığın hökm sürdüyü ailələr-
də etimadsızlıq, hörmətsizlik, ləyaqətsizlik övladlara da pis
təsir edir, belə ailələrdə böyüyən övladlar cəmiyyət üçün
təhlükə törədən şəxslərə, hətta cinayətkarlara çevrilirlər.
İslamda qadın Allah-Təalanın əmanəti və ərin xoş ətirli
gülü hesab olunur. Ona görə də kişilərə məsləhət görülür ki,
bu gözəl ətirli gülün və ilahi əmanətin tərbiyə olunmasında
var qüvvədən istifadə olunmalıdır. “Allah-Təala lütfünün
əlamətlərindən biri budur ki, sizin üçün öz cinsinizdən hə-
yat yoldaşları yaratdı ki, onlarla ünsiyyət yaradıb rahatlıq
tapasınız. Bunun üçün sizin aranızda dostluq bərqərar etdi “
(Qurani-Kərim, “Rum”, surəsi, 21-ci ayə). Yenə də kişi üs-
tün rolda təqdim olunur. O tərbiyə edən, qadın isə ünsiyyəti
ilə ona rahatlıq verəndir.
H.Ə. Yusufpur xüsusi qeyd edirdi ki, qadınla kişinin
qarşılıqlı münasibətləri və əlaqəsi dostluq və məhəbbət əsa-
sında yaranmalı və onun kökləri etiqaddan ilham almalıdır.
Əks halda, bu cür dostluq və məhəbbət hissləri ötəri xarak-
ter kəsb edəcəkdir.
İslamda qadın kişinin sevgilisi və məşuqəsi hesab edi-
lir. Qadınla evlənən hər bir kişi ona nəvaziş və ehtiram et-