Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə85/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   81   82   83   84   85   86   87   88   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
99
aparılmışdır. Bir çox tədqiqatçılar (K.Millett, A.Dvorkin, 
K.Delfi, M.Deyli və b.) belə hesab edirlər ki, ümumiyyət-
lə, kişilərin qadınlar üzərində hökmranlığını təmin edən bir 
sistem (patriarxal sistem) mövcuddur.
Müasir dövrdə qadınların cəmiyyətdə mövqeyini 
müəy yənləşdirməyə çalışan hərəkat, cərəyan və tədqiqat-
ların istiqamətləri rəngarəngdir. Bunlardan biri “mədəni 
feminizm” adlanır. Həmin istiqamətin tərəfdarları “qa-
dın mədəniyyəti” fenomenini qabardır, daha çox mənəvi 
amillərin, dilin, analıq hissinin rolunu diqqətə çatdırırlar. 
Həmin cərəyana nisbətən yaxın olan psixoanalitik femi-
nistlərin (K.Millet, J.Qrier, K.Xorni və b.) nəzəriyyəsinin 
əsasını qorxu təşkil edir (171: 31).
Fransada çox geniş yayılmış post-modernist feminiz-
min tədqiqatçıları (D.Batler, X.Sike, Y.Kristev və b.) dil, 
hakimiyyət, nüfuz və s. kimi amilləri daha çox qabardırlar. 
Ötən əsrin ikinci yarısından etibarən Qərbdə gender 
diskriminasıyasına yeni sosiomədəni bucaq altında nəzər 
salınmağa başlanıldı. Fransız filosofu (ekzistensialist Si-
mone de Bovuarın “İkinci cins” (1949), Betti Fridanın 
“Qadın mistikası” (1963), S.Fayerstonun “Cins dialektika-
sı” (1970) və s. əsərlərində kişi və qadın münasibətlərinin 
formalaşmasında əmək bölgüsü, dəyərlər, simvolların rolu 
və s. məsələlərə toxunulmuşdur. Bu əsərlərin əsas qayəsi 
vətəndaş cəmiyyəti qurmaq olmuşdur. Elə bir cəmiyyət ki, 
orada söz azadlığı təmin olunur, aşkarlıqdır, müxtəlif sə-
ciyyəli informasiyalarla tanışlıq mümkündür, xaricə azad 
gediş-gəliş var, xarici ölkələrlə elmi və mədəni əlaqələr 
təmin edilir. Mürəkkəb sistemli plüralist cəmiyyətdə şəx-
siyyət-cəmiyyət, şəxsiyyət-hakimiyyət məsələsi demok-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin